Siyasət

  • 2 503

"Paşinyan üçün rahat seçki keçirmək çox problemli olacaq" ŞƏRH-ÖZƏL

image

“Sovet İttifaqı dağılandan sonrakı dövrdə Ermənistan özünün analoqu olmayan çətin və qeyri-müəyyən dövrünü yaşayır. Hazırda dünyada Ermənistan qədər çox istiqamətli zərbələr altında çırpınan ikinci ölkə yoxdur. Daxildən və xaricdən güclü təzyiqlər var. Meydan eyforiyasında xalqa verilən vədlər özünü doğrulmadı”. Bu fikirləri SİA-ya açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.Hazırda Ermənistanda siyasi qüvvələr arasında kəskin qarşıdurmanın yaşandığını deyən baş redaktor söyləyib ki, hakimiyyətdə parçalanmalar sürətlə dərinləşir.O bildirib ki, cəmiyyətdə sabaha dəhşətli inamsızlıq yaradan böyük sosial-iqtisadi problemlər var: “Hakimiyyət ölkənin geosiyasi oriyentasiyasını heç cür müəyyənləşdirə və tarazlaşdıra bilmir. Ənənəvi tarixi müttəfiqlərlə münasibətlərdə dərin uçurumlar yaranıb. Ən əsası odur ki, Azərbaycana qarşı təcavüz siyasətinin mahiyyəti dünya boyunca ifşa edilib. Ermənistan regional təcrid vəziyyətindən qat-qat ağır olan, həm də qlobal təcrid olmanın acı nəticələrini yaşamağa başlayıb”.A. Quliyev vurğulayıb ki, belə ağır daxili, beynəlxalq şərtlər çərçivəsində Paşinyan və onun hələ formalaşmamış qrupu üçün rahat seçki keçirmək çox problemli olacaq: “Paşinyan nəyin bahasına olsa da parlamenti ələ keçirməyi hədəfləyib. Bu yolda hər cür seçki texnologiyalarına əl atmağa hazır olacaq ki, bu da seçkidən sonra onunla beynəlxalq təşkilatlar arasında uzun çəkişmələrin predmetinə çevriləcək. Nəzərə alaq ki, əsas geosiyasi oriyentirlərini seçkidən sonra ortaya qoyacaq və bu halda onun ya Rusiya, ya da ABŞ və Avropa ilə gərginliklər yaşayacağı qaçılmaz olacaq ”.Baş redaktorun fikrincə, Ermənistana ən böyük təzyiqlər Dağlıq Qarabağ problemi kontekstində ediləcək: “Azərbaycanın torpaqlarını qaytarmalısınız deyə təzyiqlər artıq indidən birmənalı şəkildə özünü göstərməkdədir. Paşinyan Azərbaycan torpaqları məsələsində yaxasını kənara çəkə bilməyəcək. Hər hansı bir yayındırıcı taktik gedişin ona faydası olmayacaq. Qarabağın qanunsuz hakimiyyətinin anti - Paşinyan əhval-ruhiyyəsini də əlavə etsək, o zaman Paşinyanın hakimiyyətə gəlişi ilə əslində onun hakimiyyətdən gediş prosesinin şahidi ola bilərik”.A. Quliyev əlavə edib ki, dünyada Ermənistan üçün demokratik imic yaratmaq istiqamətində atdığı və atacağı addımların sonda özünə qarşı çevriləcəyi də qaçılmazdır: “Ancaq əlbəttə onun vahid hakimiyyət sahibi olaraq xüsusilə Qarabağ problemi ilə bağlı öz sələflərindən fərqli siyasət aparmaq şansı da nəzərdən qaçırılmamalıdır. Bu variantda onun qarşısında tam yeni siyasi və geosiyasi perspektivlər açıla bilər. Bir sözlə onun hakimiyyətdə nə qədər qalacağı əsasən Azərbaycanla hansı siyasət aparacağından asılı olacaq ”.

sia.az

Digər xəbərlər