Siyasət

  • 4 054

Fərid Cəfərov: Gənclər könüllülük hərəkatının formalaşması və genişləndirilməsində vacib rol oynayırlar

image

“Gənclər könüllülük hərəkatının formalaşması və genişləndirilməsində vacib rol oynayırlar”. Bu fikri Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov deyib.

F.Cəfərov bildirib ki, könüllülük sərbəst seçim əsasında ictimai və cəmiyyət maraqları naminə təmənnasız fəaliyyətə xidmət edir.
“Bu fəaliyyətin hədəfi digər şəxslərin, icma və təşkilatların həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilib. Bununla belə, könüllülük fəaliyyəti müddətində könüllülər özləri də müəyyən bilik, təcrübə və bacarıq əldə edirlər. Bu sahədə fəaliyyəti nizamlayan qanunun qəbul edilməsindən ötən doqquz il ərzində ölkəmizdə bir sıra mötəbər beynəlxalq tədbirlərin, idman yarışlarının uğurla keçirilməsində könüllülərin böyük xidməti olub”-deyə, F.Cəfərov qeyd edib.

sia.az

Digər xəbərlər