Siyasət

  • 3 838

"Paşinyan-Saakyan münaqişəsi Azərbaycan tərəfinin dediklərini sübut etmiş olur" ÖZƏL-RƏY

image

“Ermənistan nə qədər, xüsusən beynəlxalq platformalarda desə ki, Dağlıq Qarabağ müstəqildir və öz siyasətini özü müəyyənləşdirir, guya Ermənistan bütün bu proseslərə qarışmır və s. hamısı boş və cəfəng sözlərdir". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.Onun sözlərinə görə, istər Azərbaycanın dövlət rəsmiləri, cənab Prezidentin özü, istərsə də Azərbaycan ictimai rəyi bu fikirləri mütəmadi olaraq beynəlxalq səviyyədə dilə gətirib: "Sadəcə olaraq bunu yaxşı eşitmək istəməyənlər çox olub və bunu qulaqardına vurublar. Biz Dağlıq Qarabağın guya özünün öz siyasətinin olduğunu qəbul etdiklərini nümayiş etdirməyə çalışıblar. İndi isə Paşinyanın separatçı rejimin rəhbəri Bako Saakyanla aralarında yaranan münaqişə əslinə qalanda Azərbaycan tərəfinin dediklərini sübut etmiş olur. Bu onu göstərir ki, Paşinyan Ermənistanda hakimiyyətə gəlib və bu və ya digər şəkildə əmindir ki, 9 dekabrda keçiriləcək parlament seçkilərindən də qalib çıxacaq və öz hakimiyyətini möhkəmləndirəcək. O müvafiq şəkildə istəyir ki, Dağlıq Qarabağdakı qondarma rejim də onun əlinə baxan adamlardan ibarət olsun. Yəni Bako Saakyan köhnə sistemin, hakimiyyətin adamıdır. Təbii ki, aralarında hansısa münaqişə, qarşıdurma ola bilər. Ona görə də özü üçün təminat əldə etmək istəyir. Bu saat onun Qarabağdakı o oyuncaq rejimlə bağlı səsləndirdiyi fikirlər onların işinə bir növ davamlı şəkildə getməyə başlaması məhz ona hesablanıb. Yəni biz Ermənistandakı seçkidən sonra Dağlıq Qarabağdakı qondarma hakimiyyətlə bağlı da addımların atılacağını gözləyə bilərik”.

sia.az

Digər xəbərlər