Siyasət

  • 3 692

"Ermənistanda seçkiqabağı böhran dərinləşməkdədir" ÖZƏL-ŞƏRH

image

"Ermənistanda seçkiqabağı böhran dərinləşməkdədir. Seçkilərə müddət azaldıqca qarşı tərəflər arasındakı qarşıdurma daha da böyüməkdədir. Bu onu deməyə imkan verir ki, Ermənistanın siyasi mühitində siyasi sabitlikdən danışmaq mümkün olmayacaq". Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.Onun sözlərinə görə, Ermənistanda keçiriləcək parlament seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq küçədə insanların narazılıqları və siyasi qarşıdurmalar davam edəcəkdir: "Çünki həm Paşinyana qədər olan hakimiyyətdə, həm də Paşinyanın hakimiyyəti dövründə Ermənistanda heç bir irəliləyişə nail olunmayıb. Düşünürəm ki, bundan sonra da bu istiqamətdə hər hansı bir uğur əldə etmək mümkün olmayacaq. Hakimiyyətdə kimin olmasından asılı olmayaraq uğur əldə etmək üçün hər hansı bir vədi icra etmək üçün iqtisadi potensialı olmalıdır və iqtisadi cəhətdən ölkənin gücü olmalıdır. Əgər bu ölkənin gücü yoxdursa, seçkilərdə boş vədlər verib hakimiyyətə gələrək hansısa uğura imza atmaq düşünürəm ki, qeyri-mümkün haldır. Xüsusilə bir məqam qeyd olunmalıdır ki, Ermənistanın iqtisadi, siyasi uğurlarının təməli ancaq Azərbaycanla qonşuluq münasibətlərinin qurulmasından gedir. Təbii ki, bunun üçün də işğala son qoyulmalıdır və işğalçı ölkənin qoşunları ərazilərimizdən çıxarılmalıdır. Beləcə azərbaycanlılarla ermənilərin qonşuluq münasibətləri yaradılmalıdır. Bunun da əsasında Ermənistanın yolları açılacaq və iqtisadi böhrandan çıxmaq üçün əsaslar yaranacaqdır”.

sia.az

Digər xəbərlər