Siyasət

  • 4 153

Buenos-Ayresdə Azərbaycan ilə Argentina arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi qeyd edilib

image

Azərbaycan Respublikası ilə Argentina Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə dekabrın 5-də Argentinanın Xarici İşlər və Etiqad Nazirliyinin nəzdindəki Manuel Belqrano konsert salonunda rəsmi mərasim keçirilib.

Azərbaycanın Argentinadakı səfirliyindən bildiriblər ki, mərasimdə bu ölkədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, dövlət rəsmiləri və parlamentin üzvləri, eləcə də ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Argentinanın xarici siyasət üzrə dövlət katibinin müavini Qustavo Zlauvinen ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi ilə münasibətilə bu ölkənin xarici işlər və etiqad naziri Xorxe Forinin təbriklərini çatdırıb, Argentinanın Azərbaycanla ikitərəfli münasibətləri dərinləşdirməkdə maraqlı olduğunu bildirib. Q.Zlauvinen ötən 25 il ərzində konkret nailiyyətlərin əldə edildiyini və münasibətlərin gələcəyinin ümidverici olduğunu vurğulayaraq, ikitərəfli əməkdaşlığın hazırkı səviyyəsinin hər iki dövlətin faydalanacağı daha iddialı hədəflərin müəyyən edilməsi və əlaqələrin gücləndirilməsi üçün fürsət yaratdığını deyib.
Siyasi münasibətlərin və dialoqun yüksək səviyyəsindən bəhs edən Q.Zlauvinen bu il sentyabrın 11-də Buenos-Ayres şəhərində keçirilmiş siyasi məsləhətləşmələrin dördüncü raundu çərçivəsində xarici işlər nazirinin müavini Xələf Xələfovun səfərini xatırladaraq, bu məsləhətləşmələrin münasibətlərin müxtəlif aspektlərinin müzakirəsi və perspektivləri baxımından əhəmiyyətli olduğunu əlavə edib.

yap.org.az

Digər xəbərlər