Siyasət

  • 6 054

Tahir Mirkişili: Növbəti ildə Azərbaycan iqtisadiyyatının daha dinamik inkişafının şahidi olacağıq

image

“Qeyri-neft sektorunu inkişafı ilə bağlı ölkədə geniş miqyaslı işlər görülür. Həm sənaye sahəsində, həm aqrar sektorda, həm də xidmət sektorunda görülən işlər bütövlükdə qeyri-neft sektorunda artımın daha da sürətlənməsini şərtləndirəcək”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib ki, qeyri-neft sektorunun 2019-cu ildə 3.9% artım ilə proqnozlaşdırılması görülən işlərin nəticəsi olaraq proqnozlaşdırılıb. Onun sözlərinə görə, ölkəmizdə qeyri-neft sektorunun potensialı çox böyükdür.
“Beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycandan keçməsi bu potensialı reallaşdırmaq üçün unikal şanslar yaradıb. Sahibkarların bu imkanlardan daha çox yararlanması və ixracın həcminin daha da artırılması üçün dövlət tərəfindən intensiv tədbirlər görülür. Əminəm ki, növbəti ildə biz Azərbaycan iqtisadiyyatının daha dinamik inkişafının şahidi olacağıq”-deyə, deputat qeyd edib.

yap.org.az.

Digər xəbərlər