Siyasət

  • 3 974

“Milandakı görüş sıradan bir görüş kimi yadda qaldı” ÖZƏL-MÖVQE

image

“Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan Respublikasının xarici işlər naziri vəzifələrini icra edən Zöhrab Mnatsakanyan ilə 5 dekabr tarixində Milanda baş tutmuş görüşü sıradan bir görüş kimi yadda qaldı”. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.Politoloqun sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında ATƏT-in Minsk Qrupu həmsədrlərinin dövlətlərinin heç biri maraqlı deyil: “Ermənistanda parlament seçkilərinə hazırlıq gedir. Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyan yenidən hakimiyyəti ələ keçirmək istəyir. Ona görə də bunu dünyaya özünü daha çox göstərmək üçün atdığı bir addımdır. Rusiya orada “Lazerev klubu”nu yaradıb və kimlərinsə əli ilə Azərbaycanı hədələyir. Fransanın başı öz dərdinə qarışıb. ABŞ da hər şeyə ikili standartla yanaşır. Ona görə də bu növbəti quş qoymaq xatirinə keçirilən görüş idi. Bir sözlə, Milanda keçirilən görüşün heç bir nəticəsi olmayacaq”.Qeyd edək ki, ötən gün Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan Respublikasının xarici işlər naziri vəzifələrini icra edən Zöhrab Mnatsakanyan ilə Milanda görüşü olub.Nazir Elmar Məmmədyarov bildirib: “Üç saatadək davam edən görüşdə tərəflərin bir-birlərinin mövqeyini daha yaxşı anlaması baxımından çox mühüm və faydalı danışıqlar aparılıb. Bu formatda danışıqların yaxın gələcəkdə, böyük ehtimal ilə gələn ay davam etdirilməsi razılaşdırılıb”.

sia.az

Digər xəbərlər