Siyasət

  • 3 889

Azərbaycan Parlamentinin fəaliyyətə başlamasından 100 il ötür

image

1918-ci il dekabrın 7-də Bakıda məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbinin binasında (indiki AMEA-nın Əlyazmalar İnstitutu) Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti fəaliyyətə başlayıb.Bu, müsəlman Şərqində demokratik əsaslı ilk parlament idi. Parlamentdə 11 fraksiya vardı. 17 ay müddətində 145 iclas keçirilib, 230-dək qanun qəbul olunub.Məhəmməd Əmin Rəsulzadənin təklifi ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev onun müavini seçilib. İclasda müvəqqəti Nazirlər Şurasının istefası qəbul edilib və yeni (üçüncü) hökumətin təşkili yenidən F.Xoyskiyə tapşırılıb. Parlament ölkə əhalisinin 24 min nəfərinə 1 deputat olmaqla formalaşıb.

sia.az

Digər xəbərlər