Siyasət

  • 4 338

"Paşinyan sığınmağa yer axtarır" ÖZƏL-RƏY

image

“Regionda son zamanlar əhəmiyyətli strateji və taktiki gedişatların yaşandığını vurğulaya bilərik. Xüsusilə, regiondakı prosesləri təhlil edərkən Rusiya Prezidenti Vladimir Putin ilə Azərbaycan Prezidenti İlham Əliyevin qarşılıqlı səfərləri, Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaz regionunda yerləşən ölkələrə səfər etməsi, Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ayaqüstü söhbətləşmənin olması, Angela Merkelin səfərindən qısa bir müddət sonra ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun regiona səfəri kimi amillər geniş təhlil edilməsi lazim olan önəmli məqamlardır”. Bunu SİA-ya politoloq Ehtiram Aşırlı deyib.Onun sözlərinə görə, bütün bu proseslərin fonunda KTMT-nin Astana sammitində Ermənistan baş katibliyi məsələsinin fiaskoya uğraması və sammitdə müşahidəçi statusunun qəbul edilməsi haqqında qərarın verilməsi, çox keçmədən cənab Prezident İlham Əliyevin Belarus ölkəsinə səfərinin reallaşdırılması və səfərin gözlənildiyi kimi yüksək perspektiv vəd edən şəraitdə keçməsi, həmçinin Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin 6 dekabr tarixində Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşünə dəvət edilməsi Azərbaycanın geosiyasi və goestrateji cəhətdən nə qədər əhəmiyyətli bir ölkə olduğunu ortaya qoyur: “Bundan əlavə onu qeyd edim ki, Bakı şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia arasında üçtərəfli görüşün keçirilməsi Azərbaycanın regionda hərbi strateji və taktiki baxımdan əhəmiyyətini bir daha ortaya qoymuş olur. Xüsusilə də İsrail Müdafiə nazrinin Azərbaycana səfər etməsi və səfərdən çox keçmədən Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun İsrailə səfərinin reallaşdırılması iki ölkə arasındakı hərbi strateji əlaqələrinin dinamik şəkildə inkişaf etdyinin bariz nümunəsidir.Azərbaycan regionda genişmiqyaslı geosiyasi və geostrateji əhəmiyyətli addımlar atarkən işğalçı ölkə Ermənistan isə daxili və xarici siyasət kursu baxımından xaosa sürükləndiyini qeyd etmək yerinə düşər. Təbii ki, Azərbaycan tərəfi bununla kifayətlənmək fikrində olmadığını və regionda durmadan siyasi, hərbi, iqtisadi, diplomatik baxımdan inkişaf yolunu tutduğunu göstərir. Ələlxüsus da cənab Prezident İlham Əliyevin Türkmənistana səfəri və bu səfərdən sonra Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri cənab prezident İlham Əliyevin reallaşdırdığı uğurlu xarici siyasətinin nəticəsidir. Bununla yanaşı fövqəldövlət olan ABŞ da Azərbaycan ilə olan münasibətlərinin qorunub saxlanmasının və inkişaf etdirilməsinin tərəfdarıdır. Belə ki, Prezidenti İlham Əliyev dekabrın 4-də Amerika Birləşmiş Ştatlarının müdafiə nazirinin müavininin müşaviri xanım Laura Kuperin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərək NATO çəçivəsində əlaqələrimizin inkişafından məmnunluğunu ifadə edib.Azərbaycan xarici siyasət kursunda uğurlar və yeni-yeni nailiyyətlər əldə edərkən Ermənistan tərəfi hələ də KTMT-nin Astana sammitində uğradığı fiaskonun təsirində qaldığını deyə bilərik. Belə ki, Paşinyan 6 dekabr tarixində Sankt-Peterburqdakı erməni cəmiyyətinin nümayəndələri ilə görüşündə baş katib məsələsi ətrafında yaranan gərginliyin İrəvan üçün ən az əhəmiyyətli olduğunu əsas prioritet məsələnin Dağlıq Qarabağ münaqişəsi olduğunu bildirib. Baş katiblik məsələindən əlini üzən Paşinyan indi də KTMT-dən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etmək niyyətində olduğunu bildirib. Çünki Paşinyan Azərbaycanın siyasi, iqtisadi, hərbi cəhətdən durmadan inkişaf etdiyini çox gözəl anlayır və bilir ki, Azərbaycan Ordusu ilə mübarizə apara biləcək hərbi potensiala sahib deyil. Bu baxımdan Paşinyan Azərbaycan Ordusunun hər hansı hərbi müdaxiləsi nəticəsində Ermənistan ordusunun biyabırçılığının qarşısını almaqdan ötrü KTMT-yə sığınma yolunu seçdiyini ifadə edə bilərik. O, artıq çox gözəl bilir ki, Dalıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo gec tez pozulacaq, çünki artıq bir çox dünya ölkələrinin Qarabağı Azərbaycan torpağı olduğunu qəbul edirlər. Xüsusilə də son günlər Avropa İttifaqının bu münaqişənin həllində maraqlı olmasına dair çıxışlar səsləndirməsi Paşinyanı narahat edən digər amillərdən biridir. Bir sözlə, Azərbaycanın siyasi, iqtisadi və ələlxüsusda hərbi cəhətdən durmadan inkişaf etməsi Ermənistanı qorxuya salan ən əsas amillərdən biridir.Bu arada bir məqamı da qeyd etmək yerinə düşər ki, 6 dekabr tarixində Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin Hərbi sənaye kompleksləri departamentinin direktoru Tarabrin Konstantin Anatolyeviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Müdafiə Sənayesi Nazirliyinin nümayəndələri arasında görüş baş tutub. Görüşün əsas məğzi Azərbaycan ilə Rusiyanın hərbi sənayesi kompleksləri arasında əlaqələrin inkişaf etdirilməsinə və əməkdaşlıq layihələrinin müzakirə edilməsinə dair fikir mübadiləsi aparılması olub. Göründüyü kimi Azərbaycan hərbi baxımdan gücünə-güc qatmağa davam edir və bu da gün keçdikcə Ermənistanın sonun gəldiyini göstərir. Bu reallıqları dərk edən Paşinyan sığınmağa yer axtarır və üzvü olduğu KTMT kartını oynamağa çalışır, lakin bu da baş tutmadığı təqdirdə yəqin ki, İrəvanın KTMT-dən çıxma məsələsi gündəmə gətiriləcək”.

sia.az

Digər xəbərlər