Siyasət

  • 3 661

Bahar Muradova: Azərbaycanın insan hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığı digər ölkələrə də nümunədir

image

Bu gün Azərbaycanda insan hüquqlarının müdafiəsini təmin edən çox mükəmməl qanunvericilik bazası var.

Bunu "Bərabərlik hüququnun təmini sülh və dayanıqlı inkişafın əsas təməlidir" mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edən Milli Məclisin sədrinin müavini Bahar Muradova deyib. /Trend/
O qeyd edib ki, bu gün Azərbaycanın qanunvericilik bazası insanların öz bərabər hüquqlarının bərabər şəkildə təmin edilməsini gercəkləşdirən mühit formalaşdırır.
B.Muradova bildirib ki, bugünkü nailiyyətlər bu uğurların əldə edilməsinə töhfə verən Azərbaycan vətəndaşlarının iştirakı ilə olub. Xalqın mütləq dəstəyi olmadan hər hansı ideyanı gercəkləşdirmək olmaz: "Bu gün insan hüquqlarının təminindən, ədalətdən danışılır. Müstəqil dövlət olmasa və insan hüquqlarının təmini üçün lazım olan şərait yaradılmasa, bütün bunları etmək olmaz. Azərbaycan ötən illərdə çox böyük uğurlara imza atıb. Bu gün bizim hər birimiz belə bir ölkənin vətəndaşı olduğumuz üçün qürur duyuruq, eyni zamanda, bunun məsuliyyətini daşımalıyıq".
Vitse-spiker deyib ki, Azərbaycanın əsas qanunu olan Konstitusiyada hüquq bərabərliyi və onun dövlət tərəfindən təmin edilməsi təsbitini tapıb: "Dünyada gündəlik hüquqpozmalar, məişət zorakılığı, mənsubiyyətə görə fərq qoyma və s. kimi mənfi hallarla üzləşdiyimiz bir dövrdə beynəlxalq təşkilatlar koordinasiya olunmuş şəkildə fəaliyyət göstərməlidirlər. Bunun üçün də maarifləndirmə işləri geniş aparılmalıdır".
B.Muradova vurğulayıb ki, Azərbaycanın insan hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığı digər ölkələrə də nümunədir.

yap.org.az

Digər xəbərlər