Siyasət

  • 3 624

"Ermənistan sakitliyə və sabitliyə qovuşa bilməyəcək” ÖZƏL-ŞƏRH

image

"Ermənistan seçkiqabağı gərgin vəziyyətində olması təbiidir. Çünki ölkədə çox ciddi sosial problemlər var". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.Siyasi şərhçinin sözlərinə görə, eləcə də Azərbaycan torpaqları işğal altında qaldığına görə, Ermənistan əlavə yük altındadır: "Yəni Dağlıq Qarabağ ətrafındakı rayonların belə uzun müddətə işğal altında tutulması Ermənistanın daşıya biləcəyi bir yük deyil. Təbiidir ki, məhz ona görə də Ermənistan bu gün ən çətin anlarını yaşamaqdadır. İndi seçkiqabağı da əhali ümid edir ki, nəsə dəyişəcək, nəsə baş verəcək. Amma biz proqnozlarımızda daim demişik ki, Ermənistanda istənilən şəxs hakimiyyətə gəlsə, istənilən yeni hakimiyyət qurulsa yenə də durum dəyişən deyil və dəyişməsi də imkansızdır. Ona görə ki, Ermənistanın sosial-iqtisadi problemlərinin həlli üçün heç bir imkan yoxdur. Ermənistan Azərbaycanın birbaşa iştirakı və dəstəyi olmadan öz problemlərini həll edə bilməz. Azərbaycanın da iştirak və dəstəyini əldə etmək üçün Ermənistan işğal etdiyi torpaqlardan çəkilib getməlidir və azərbaycanlılar Dağlıq Qarabağda daxil olmaqla öz yurdlarına qayıtmalıdırlar.Təbii ki, bundan sonra Azərbaycan və Türkiyə Ermənistana özünün kömək əlini uzadacaq. Yəni məsələ bu qədər sadədir. Bu baxımdan düşünürəm ki, nəhayət erməni əhalisi, xalqı, seçkidən sonra artıq hakimiyyətdə olacaq yeni qüvvələrə o gerçəkliyi anlatmaq məcburiyyətində qalacaq ki, Azərbaycanla münasibətlər düzəldilməli, Azərbaycan torpaqları geri qaytarılmalı və günahsız erməni gəncləri boş-boşuna gedib iştirak etdikləri torpaqlarda ölməməlidir. Bu baş vermədikcə Ermənistan sakitliyə və sabitliyə qovuşa bilməyəcək”.

sia.az

Digər xəbərlər