Siyasət

  • 3 129

Ceyhun Hacıbəylinin varisləri Azərbaycan tarixi ilə yaxından tanış olublar

image

Görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Ceyhun Hacıbəylinin Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə Bakıya səfərə gəlmiş varisləri Paskal Hacıbəyli Buşe və Benjamin Hacıbəyli Milli Azərbaycan Tarixi Muzeyində olublar. Bu barədə Dövlət Komitəsindən məlumat verilib.

Ceyhun Hacıbəylinin gəlini Paskal Hacıbəyli Buşe və nəvəsi Benjamin Hacıbəyli Azərbaycan tarixini ən qədim dövrlərdən bu günə qədər əks etdirən ekspozisiyaya baxıblar. Qonaqlar Azərbaycanın keçmişini özündə əks etdirən eksponatların tarixi haqqında məlumat əldə edib və neft milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyevin ev muzeyi ilə tanış olublar. Məşhur xeyriyyəçinin ev mülkündə yerləşən muzey binasının tarixi və eksponatlar qonaqların marağına səbəb olub.
Daha sonra Hacıbəylilər Qobustan Milli Tarix-Bədii Qoruğunu ziyarət ediblər. Məlumat verilib ki, ərazidə daş dövründən orta əsrlərə qədərki həyat və məişəti əks etdirən çoxsaylı maddi-mədəniyyət nümunələrini əcdadlarımız yaradıblar. Qobustan qayaüstü rəsmləri dünyada bu tipli abidələrdən ən zəngini hesab olunur. Qoruq ərazisində alimlər tərəfindən 6 mindən çox qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilib və öyrənilib. Qoruqda tədqiqat işlərinin aparılmasında beynəlxalq təcrübəyə də xüsusi önəm verilir.
Diqqətə çatdırılıb ki, dünya əhəmiyyətli tarixi abidə olan Qobustan Qoruğu 2007-ci ildə UNESCO-nun Maddi-Mədəni İrs Siyahısına daxil edilib.
Qədim insan məskəni ilə tanışlıqdan məmnun qalan qonaqlar ərazidə aparılmış tədqiqat işləri ilə və tarixi eksponatlarla maraqlanıblar.

yap.org.az

Digər xəbərlər