Siyasət

  • 3 095

"Milan bəyanatı Dağlıq Qarabağ münaqişəsinin həllinə yol aça bilər"

image

"ATƏT Xarici İşlər Nazirlər Şurasının Milan (İtaliya) iclasında həmsədr ölkələr adından Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat yayıldı. Bəyanatda aşağıdakılar konstatasiya olunur, birincisi, atəşkəs rejiminin pozulması hallarının sayının xeyli azalması. (Ermənistandan fərqli olaraq vasitəçilər sülh müqaviləsi hazırlamaq üçün maneənin olmadığını konstatasiya etdilər). İkincisi, həmsədrlər Düşənbə görüşündən sonra baş vermiş itkiləri xatırladıblar". Bunu SİA-ya açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.Politoloq bildirib ki, Düşənbə görüşündən sonrakı dövr ərzində Ermənistan tərəfinin itkisi çox olub: "Bunlardan cəmi biri hərbi itki olub. Qalan itkilər hamısı avtomobil qəzası, Ermənistan hərbçilərinin bir-birini güllələməsi və qar uçqunu nəticəsində baş verib. Erməni hərbçilərinin ölümünün mənbəyi Ermənistanın işğalçı siyasətidir. Erməni hərbçilərinin ölümündə Azərbaycanın rolu yoxdur. Ehtimal ki, həmsədrlər məhz bunu Ermənistan tərəfinin yadına salıb.Üçüncüsü, həmsədrlər Azərbaycan və Ermənistanı öz xalqlarını sülhə hazırlamağa çağırıblar. Hər halda Azərbaycan tərəfi mütəmadi olaraq öz əhalisini məlumatlandırır və Azərbaycan Prezidentinin Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı verdiyi bəyanatlar əhali tərəfindən “yalnız Ermənistan sülh yolu ilə münaqişəni tənzimlənməyə hazır olmadığı təqdirdə digər variantlarla biz torpağımızı azad edəcəyik” kimi qəbul edilir.Əhalinin sülhə hazırlanması istiqamətində ən güclü vasitə bu işdə iştirakçıların sayının artırılmasıdır. Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının prosesə qoşulması hər iki ölkədə əhalinin sülhə qoşulması və hazırlanması istiqamətində köməkçilərin sayını birdən-birə xeyli artırmış olar.Dördüncüsü, həmsədrlər liderlərin görüşünə intensiv hazırlıq məsələsini gündəliyə gətiriblər. Bu məsələdə yəni Azərbaycan tərəfdən heç bir maneçilik yoxdur. Ermənistanın baş naziri N.Paşinyan özündən əvvəlki rəhbərliyin imitasiya siyasətini mənimsəyib və eynilə o qaydada davam etdirir. Azərbaycan tərəfi Dağlıq Qarabağın ədalətli və davamlı tənzimlənməsinə hazırdır. Çünki bu vaxta qədər Ermənistanın atdığı addımlar Dağlıq Qarabağ münaqişəsini ədalətli və uzun müddətli tənzimlənmədən uzaqlaşdırıb. İndi atılan istənilən addım Dağlıq Qarabağ münaqişəsini ədalətli və uzunmüddətli tənzimlənməyə yaxınlaşdıracaqdır.Beşincisi, həmsədrlərin növbəti görüşü yanvar ayına təyin etməsi onu göstərir ki, N.Paşinyan hökuməti üçün ən vacib məsələ seçkilərdən sonra məhz Dağlıq Qarabağ tənzimlənməsi olacaq. Əgər Ermənistan parlament seçkilərindən sonra yeni hökuməti formalaşdırıb ilk növbədə Dağlıq Qarabağ tənzimlənməsi ilə məşğul olmayacaqsa, Azərbaycan ordusu fəaliyyətə başlayacaq. Bu zaman Azərbaycan ordusunun fəaliyyəti həmsədr ölkələrdə heç bir neqativ reaksiya yaratmayacaq".

sia.az

Digər xəbərlər