Siyasət

  • 3 317

YAP Sumqayıt şəhər təşkilatında Ulu Öndər Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilib

image

Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının Heydər Əliyev Məktəbi növbəti məşğələsini partiyanın yaradıcısı Ümummilli Liderin anım gününə həsr edib.

Tədbir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Unudulmaz şəxsiyyət, Azərbaycanın ən yeni tarixində misilsiz xidmətləri olan Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında sənədli film izlənilib.
Tədbirdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov Ulu Öndərin Azərbaycan dövləti və xalqı qarşısındakı böyük xidmətindən danışıb. "Bu gün ümummilli lider Heydər Əliyevin ölməz xatirəsi Azərbaycan xalqı tərəfindən böyük ehtiramla anılır. Çünki onun bu xalqın həyatındakı rolu misilsizdir", - deyən sədr Heydər Əliyev şəxsiyyətinin ucalığından, xalqımız qarşısındakı xidmətlərindən bəhs edib.
Sonra "Azərbaycan dövlətçiliyinin xilaskarı - Heydər Əliyev”, "Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafında xidmətləri", "Azərbaycan səhiyyəsinin uğurları ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir" və "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda məruzələr dinlənilib.

yap.org.az

Digər xəbərlər