Siyasət

  • 3 638

"Ermənistan saxta seçki keçirmək ənənəsini dəyişmədiyini sübut etdi" AÇIQLAMA-ÖZƏL

image

“Ermənistanda parlament seçkiləri erməni xalqının inamını olmasa da, əvvəlcədən obyektiv rəy və təhlilçilərin proqnozlarını doğrultdu. Sarkisyan və Koçaryanın saxta seçki keçirmək ənənəsinin dəyişmədiyi sübut olundu”. Bu fikirləri SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.Ermənistanda keçirilən seçkilərin Ermənistan cəmiyyətinin azad və ədalətli seçkiyə bəslədiyi ümidləri puç etdiyini deyən baş redaktor söyləyib ki, Sarkisyan və Koçaryan öz dövrlərində erməni cəmiyyətinin seçkiyə inamını o qədər azaldıb ki, bu seçkilər də onu bərpa edə bilmədi.A. Quliyev bildirib ki, Paşinyan parlament çoxluğunu da, azlığını da özünə münasib qüvvələrdən formalaşdırdı: “Cəmi bir il əvvəl guya Ermənistanda ən güclü qüvvələr sayılanlar bu gün heç parlamentə də düşə bilmədi. Bu, əslində Koçaryan və Sarkisyanın saxta seçkilərini illər öncə bəh-bəh ilə qəbul edən beynəlxalq dairələrə də bir zərbə və dərs oldu. İndi onlara izah edilməlidir ki, illər öncə Azərbaycanın dövlət və siyasi xadimləri Ermənistanda seçkilərin total saxtalaşdırıldığını iddia edəndə düz yolda idilər. Bu gün Ermənistanda çox ciddi pozuntular olsa da bəzi beynəlxalq dairələrin susması ya ləng tərpənməsi şübhəlidir. Görünür bu dairələr hələ də məhdud erməni qrup və mafiyasının maraqlarına uymaq yolunda olmaqla yanaşı, ikili standart siyasətini davam etdirirlər”.Ekspert qeyd edib ki, ötən gün keçirilən seçki Ermənistanda daxili ziddiyyətləri nəinki həll etmədi, əksinə onları bir az da dərinləşdirdi: “Ermənistanda guya nümunəvi yumşaq inqilab layihəsi hazırlayan beynəlxalq maliyyə siyasi dairələr də iflasa uğradı. Səsverməyə realda cəmi 48 faiz seçicinin gəlməsi o deməkdir ki, əslində xalq ölkədə yeni dövr başlatmaq istəyənlərə inanmır. Məsələ budur ki, hətta müxalif sayılan partiyalar da ciddi uğur qazana bilmədi. Bu o deməkdir ki, həm ədalətli seçki mühiti yoxdur, həm də xalqın ümumən siyasi elitaya etimadı sarsılıb”.Quliyev əlavə edib ki, Ermənistan cəmiyyətinin əslində siyasi elita böhranı yaşadığını bu seçki tam aydın göstərdi: “Tam Rusiya əleyhinə olan qüvvələrin parlamenti ələ keçirməsi bu ölkənin gələcəyi barədə nikbin proqnozlar üçün son əsasları da məhv etdi. Yeni hakimiyyətin saxta seçki ilə hakimiyyəti zəbt etməsi Ermənistanla yanaşı bütün regionun gələcəyi üçün təhlükə mənbəyi yaratdı. İndiki hakimiyyəti Koçaryan-Sarkisyan xuntasının başqa bir formada davamı saymaq daha doğru olardı”.

sia.az

Digər xəbərlər