Ölkənin bütün bölgələrində Ulu Öndərin anım mərasimləri keçirilib

GƏNCƏ

Ümümmilli Lider, dahi siyasətçi Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə bağlı respublikamızın bütün rayon və şəhərlərində olduğu kimi, Gəncə şəhərində də anım mərasimi keçirilib, Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib.Şəhər ziyalıları və sadə vətəndaşlar Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla anıblar. İzdihamlı abidə önündə Ulu Öndərin Azərbaycan xalqına göstərdiyi müstəsna xidmətlərindən bəhs edilib. Qeyd edilib ki, Azərbaycanı dünyada məhz Heydər Əliyev tanıdıb. Məhz Ümummilli Liderimizin yorulmaz əməyi nəticəsində ölkəmiz çətin, keşməkeşli vəziyyətdən çıxıb. Gəncə şəhəri isə daim Ulu Öndər Heydər Əliyevin xüsusi diqqət mərkəzində olub.
YEVLAX
Yevlax rayonunda da görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında müstəsna xidmətləri daim yüksək dəyərləndirilir və onun əziz xatirəsi böyük ehtiramla yad olunur. Dekabrın 12-də səhər saatlarındn etibarən ziyalılar, ağsaqqallar, qadınlar, gənclər, şəhərimizin qonaqları axın-axın, əllərində gül-çiçək dəstələri ilə Ulu Öndərin xatirəsini yad etmək üçün rayonun mərkəzi meydanına toplaşıblar. Yevlax rayon icra hakimiyyətinin başçısı Qoca Səmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, rəsmi şəxslər Ulu Öndər Heydər Əliyevin əzəmətli abidəsi önünə gül dəstələri qoyaraq, qarşısında ehtiramla baş əyərək, ürəklərində sevgi və rəğbət duyğuları ilə dahi şəxsiyyətin əziz xatirəsini yad ediblər.Yevlax rayon İH-nin başçısı Qoca Səmədov bildirib ki, həyatının mənasını xalqa və dövlətə xidmətdə görən Ümummilli Lider bu müqəddəs amal uğrunda ən çətin sınaqlara mərdliklə sinə gərən millət fədaisi kimi hər zaman böyük minnətdarlıqla xatırlanacaq. Doğma xalqı və Vətəni qarşısında misilsiz xidmətlərinə, müstəsna tarixi roluna görə ulu öndəri dünya miqyaslı siyasi nəhənglərlə müqayisə edirlər. Hər bir azərbaycanlı qürur hissi keçirir ki, dahi Heydər Əliyevin bizə əmanət qoyub getdiyi dövlətimizin idarəçilik sükanı arxasında ümummilli liderin yetirməsi, yaratdığı güclü siyasi məktəbin davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev dayanır.
GORANBOY
Goranboy rayonunda da Ulu Öndər Heydər Əliyevin əbədiyyətə qovuşmasının 15—ci ildönümü münasibəti ilə anım tədbiri keçirilib. YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov anım mərasimində çıxış edərək qeyd edib ki, Heydər Əliyev ən mürəkkəb ziddiyyətli tarix proseslərin gedişindən bacarıqla baş çıxarıb. Ən çətin vəziyyətdə belə təhkimini itirməyən və dünyadakı giosiyasi dəyişikləri reallıqla qiymətləndirib. “ Ulu Öndər Heydər Əliyev, mənsub olduğu xalqı, ölkənin çıxarlarını praqmatik ağılla, əsrarəngiz təcrübəsi ilə dəqiq hesablayan bir lider idi.Həmçinin bildirilib ki, Ulu Öndər Heydər Əliyev öz baxışlarını, ideyalarını və öz yolunu davam etdirməyə qadir bir siyasətçi yetişdirdi, uzun ömürlü bir dövlətçilik məktəbi və bu məktəbi ondan sonra davam etdirə biləcək bir şəxsiyyət qoyub getdi.“Prezdent İlham Əliyev sübut etdi ki, bu həqiqətən öz sələfinə layiq rəhbərdir”, deyə vurğulanan fikirlərdə həmçinin bildirilib ki, bu gün Heydər Əliyev ideyalarını yaşadan və həqiqətə çevirən Azərbaycan sabaha qətiyyətli addımlarla gedir, müstəqillik yollarında inamla irəliləyir.Çıxış edən YAP Goranboy rayon təşkilatının aparat rəhbəri Əzra Həşimova da qeyd edib ki, Azərbaycanın müstəqillik yolu çox çətin sınaqlardan keçib. Bir sıra tarixi aspektlərə toxunan Ə.Həşimova bildirib ki, Heydər Əliyev elə bir lider idi ki, Azərbaycan bundan sonrakı bütün liderlər üçün örnək olacaq və xalq seçdiyi lideri onunla müqayisə edcək. “Heydər Əliyev siyasətini bundan sonrakı illər, on illiklərdə davam etməsi Azərbaycan dövlətinin tərəqqisi üçün ən böyük siyasətdir”, deyə qeyd edən aparat rəhbəri son olaraq bildirib ki, bu gün həm də məlum olan odur ki, bu siyasəti uğurla davam etdirən liderimiz – Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidentimiz cənab İlham Əliyev var və bu gün Onun rəhbərliyi ilə Ulu öndər Heydər Əliyev siyasi kursu uğurla davam etdirilir, yaşayır və yaşadılır.

sia.az