Zurab Qumberidze: “Gənc diplomatlar Heydər Əliyevdən çox şey öyrənirdilər”

Heydər Əliyev böyük siyasi xadim olmaqla yanaşı, həm də səmimi insan idi.

Bu sözləri Gürcüstanın Azərbaycandakı sabiq səfiri Zurab Qumberidze ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşərkən deyib.
O bildirib ki, Heydər Əliyevin gərgin əməyi və uzaqgörən siyasəti sayəsində Cənubi Qafqazda çox əhəmiyyətli enerji və nəqliyyat layihələri həyata keçirilib. Həmin layihələr təkcə bizim xalqlarımızın rifah halının yaxşılaşmasında deyil, həm də Avropa və Asiyanın inkişafında, təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır.
Z.Qumberidze deyib: “O vaxtlar gənc diplomat kimi Heydər Əliyevlə çalışmaq mənim üçün çox böyük fəxr idi. Gənc diplomatlar ondan çox şey öyrənirdilər. Azərbaycanda və Gürcüstanda Heydər Əliyevi heç zaman unutmayacaqlar”.

yap.org.az