Siyasət

  • 3 545

YAP İdarə Heyətinin iclası keçirilmişdir

image

Dekabrın 13-də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilmişdir.Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini – icra katibi Əli Əhmədov iclasın gündəliyinə daxil olan məsələlər barədə məlumat vermişdir.

İclasda Yeni Azərbaycan Partiyasının Mərkəzi Nəzarət-Təftiş Komissiyası tərəfindən partiyanın rayon və şəhər təşkilatlarında aparılmış yoxlamaların nəticələri barədə məruzə dinlənilmişdir. İdarə Heyəti MNTK tərəfindən yoxlama aparılmış rayon və şəhər təşkilatlarının fəaliyyəti və həyata keçirdikləri tədbirlərin qənaətbəxş hesab edilməsi barədə qərar qəbul etmişdir.
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclasında həmçinin, YAP Gənclər Birliyinin partiyanın rayon və şəhər təşkilatlarında hesabat seçki yığıncaqlarının keçirilməsi barədə qərar qəbul edilmişdir.

yap.org.az

Digər xəbərlər