Siyasət

  • 3 739

Rauf Əliyev: Seçici fəallığının daha aşağı olması erməni xalqının nə müxalif, nə də iqtidara etibar etmədiyini bir daha göstərdi

image

“Ermənistanda keçirilən növbədənkənar parlament seçkiləri ciddi pozuntularla müşayiət olunub”. Bu fikri Milli Məclisin deputatı Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, Serj Sarkisyan da hakimiyyətə seçkilərdə kütləvi saxtakarlıq etməklə gəlmişdi. Hələ o zaman seçkiləri müşahidə edən müxtəlif institutlar, o cümlədən ayrı-ayrı beynəlxalq təşkilatlar seçkilərin saxtalaşdırıldığını, Serj Sarkisyan hakimiyyətinin qeyri-legitim olduğunu qəbul etməmişdilər.
“Əlbəttə, bu, həmin qurumların ikili standartlarla çıxış etməsinin göstəricisi idi. Eyni zamanda, bu, sözügedən təsisatların erməni lobbisindən çirkli maliyyə almasının nəticəsi idi. Bu dəfə isə seçici fəallığının həmişə olduğundan daha aşağı olması erməni xalqının idarəedici elitanın nə müxalif, nə də iqtidar kəsiminə etibar etmədiyini bir daha göstərdi. Seçkilərin nəticəsində Ermənistanda qeyri-legitim hakimiyyət formalaşır”, - deyə R.Əliyev vurğulayıb.

yap.org.az

Digər xəbərlər