Siyasət

  • 10 610

Elman Məmmədov: Ermənistanda keçirilən növbədənkənar seçkilər kütləvi saxtakarlıqla yadda qaldı

image

“Ermənistanda keçirilən növbədənkənar seçkilər, hər şeydən əvvəl, kütləvi saxtakarlıqla yadda qaldı”. Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, Serj Sarkisyan və Robert Koçaryanın cinayətkar xunta rejiminin tarixin arxivinə yollanması ilə yanaşı, Paşinyanın da seçkini saxtalaşdıraraq qeyri-legitim hakimiyyət formalaşdırması seçkinin başlıca nəticələridir. Onun sözlərinə görə, Ermənistanda vətəndaşlar nə iqtidara, nə də müxalifətə etimad göstərmirlər. Bu reallıq növbədənkənar parlament seçkiləri zamanı öz təsdiqini bir daha tapdı.
“Seçkilərdə Sarkisyan rejiminin tərəfdarları seçki baryerini belə aşa bilmirlər. Bu, vaxtilə Serj Sarkisyan hakimiyyətinin də qeyri-legitim olduğunu, Sarkisyanın seçkiləri saxtalaşdırmaq yolu ilə hakimiyyətə gəldiyini bir daha göstərir, eyni zamanda, müxtəlif beynəlxalq təşkilatların ikili standartlar siyasətini ifşa etmiş olur. Belə ki, AŞPA, ATƏT PA kimi qurumlarda təmsil olunan azərbaycanlı deputatlar dəfələrlə bu barədə məsələ qaldırmışdılar, lakin həmin qurumlar Serj Sarkisyan hakimiyyətinin qeyri-legitim olduğunu qəbul etmirdilər. Görünən odur ki, eyni mexanizmlər hələ də qalır. Bu səbəbdən həmin beynəlxalq qurumlar Paşinyan komandasının hakimiyyəti küçə mübarizəsi metodları ilə qəsb etməsinə, legitim hakimiyyət qura bilməməsinə göz yumurlar. Bu isə qəbuledilməzdir”, - deyə E.Məmmədov vurğulayıb.

yap.org.az

Digər xəbərlər