Siyasət

  • 4 300

"Ermənistanda daha ciddi qarşıdurmaları müşahidə edə biləcəyik" ÖZƏL-ŞƏRH

image

“ABŞ-ın Yerevandakı səfirliyi tərəfindən Ermənistana səfər edən Birləşmiş Ştatlar vətəndaşlarına təhlükəsizlik risqləri ilə bağlı xəbərdarlıq etməsi Ermənistandakı sosial-siyasi gərginliyin həddən artıq yüksək olması ilə bağlıdır”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.Onun sözlərinə görə, seçkinin faktiki olaraq baş tutmaması, sadəcə saxtalaşdırma vasitəsilə yeni parlamentin əvvəlcədən hazırlanmış siyahı üzrə elan edilməsi, seçicilərin ,,səssiz etiraz,, üsulu ilə seçkini baykot etməsi onsuz da çoxsaylı problemi olan cəmiyyəti sosial partlayış həddinə yaxınlaşdırıb. Belə vəziyyət ciddi qarşıduma və daxili terrorla daha da şiddətlənə bilər ki bunun üçün də Ermənistanda ciddi əsaslar və təcrübə var. İşğalçı ölkədə parlamentin gülləbaran edilməsindən başlamış, ən müxtəlif terror növlərinə son illərdə rast gəlinibdir. Çünki bu cəmiyyətin səciyyəvi keyfiyyətlərindən biri terrora meyilli olması yaxud problemi radikal zorakı metodlarla həll etməyə istəkli olması ilə bağlıdır. Belə olan halda əlbəttə ciddi ölkələr öz vətəndaşlaarını xəbərdar etməlidirlər. Ehtimal etmək olar ki, ABŞ-ın ardınca bir sıra başqa sivil ölkələr də bənzər qərarlar qəbul edə bilərlər. Ancaq əlbəttə məsələnin sosial tərəfləri ilə bərabər siyasi tərəfləri də var. Heç vaxt siyasi müvazinəti qoruya bilməyən və ciddi siyasi dairələrdə küçə siyasətçisi imicini qazanan Paşinyan seçkidən dərhal sonra yenə növbəti anlaşılmaz bəyanatlar verməyə başladı. Onlardan biri də NATO-ya üzvlüyün Ermənistan üçün prioritet olması ilə bağlı idi. Həm seçkinin saxtalaşdırılması, həm də birdən-birə anti-qərb əhval-ruhiyyəli hesab edilə biləcək belə fikrin səslədirilməsi kimi məsələlər də görünür ABŞ-ın belə bir xəbərdarlıqetmə qərarını siyasi zərurətə çevirib. Ona görə də bundan sonra da biz Ermənistanda daha ciddi qarşıdurmaları müşahidə edə biləcəyik ki, bu da həm daxili müstəvidə həm də dövlətlərarası müstəvidə mümkün ola bilər”.

sia.az

Digər xəbərlər