Siyasət

  • 3 672

Sergey Lavrov: "İstəyirik ki, münaqişə ədalətli, qarşılıqlı məqbul həll olunsun"

image

"Biz Azərbaycanla beynəlxalq arenada, BMT-də, Avropa Şurasında qarşılıqlı fəaliyyəti qiymətləndiririk. İndi Avropa Şurasının strukturlarında bütün üzv ölkələrin bərabər hüquqlarının təmin olunduğu bu təşkilatın Nizamnaməsinin əsas qaydalarına yenidən baxılması cəhdləri var. Biz ATƏT-də də birlikdə işləyirik". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov deyib.Rusiya XİN-in başçısı əlavə edib ki, biz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Bakı ilə Yerevan arasında birbaşa dialoqa kömək göstərməyə davam etmək istəyirik: "Bilirəm ki, Sizin Ermənistanın baş naziri ilə birbaşa danışıqlarınız olub. Mənim həmkarım və dostum Elmar Məhərrəm oğlu Məmmədyarovun Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyanla danışıqları olub. Bu gün biz əlbəttə ki, Sizin irəliyə doğru hansı addımlar atılacağını necə dəyərləndirdiyinizi bilməkdə son dərəcə maraqlıyıq. İstəyirik ki, münaqişə ədalətli, qarşılıqlı məqbul həll olunsun. Rusiya Federasiyası həm öz səyləri ilə, həm də ATƏT-in Rusiya, Fransa və ABŞ-ın daxil olduğu Minsk qrupunun həmsədr üçlüyünün üzvü kimi bu cür razılaşmaların əldə edilməsinə nail olmaq üçün əlindən gələni edəcək".

sia.az

Digər xəbərlər