Siyasət

  • 3 668

"Paşinyanın hədəfində Rusiyadan geosiyasi olaraq tam ayrılmaq var" RƏY-ÖZƏL

image

"Ermənistanda Koçaryanın həbsi, Xaçaturova cinayət işinin açılması, qətldə suçlanan rus zabitin həbsi heç də təsadüfi deyil və ilk növbədə Rusiyaya qarşı aparılan daxili siyasi və beynəlxalq gözdənsalma kampaniyasının əlamətlərini göstəricisdir". Bu fikirləri SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.Xaçaturov işinin dünyada KTMT-nın mənfi imicini yaratmaqda öz rolunu oynadığını deyən ekspert hesab edir ki, Koçaryanın həbsi ölkədə Rusiyayönümlü qüvvələrə və onların yenidən təşkilatlanmaq perspektivlərinə zərbə vurmağa hesablanıb.Baş redaktor söyləyib ki, Paşinyanın Rusiyaya xoş münasibəti olsaydı, hələ sübut olunmamış qadının qətl məsələsinin araşdırılmasını sonadək, Rusiya hərbi prokurorluğunun səlahiyyətlərinə buraxaraq, heç kimin beynəlxalq imicinə ziyan vurmadan nəticələri gözləyərdi: "Lakin o, bunu etmədi. Çünki onun hədəfi Rusiyanın Ermənistandakı ordusu barədə beynəlxalq antipativ rəyi gücləndirmək və onun ölkədən çıxarılmasına əlverişli beynəlxalq şərait yaratmaqdır. Rus zabitinin həbsi o deməkdir ki, Rusiya ordusu bu ölkədə özünü işğalçı və özbaşına ordu kimi aparır, ermənilərə yuxarıdan baxır".A.Quliyev vurğulayıb ki, hadisələr Paşinyanın hamının gözlədiyi, əsl xarici siyasət kursunun mahiyyətini açmağa başlayır: "Paşinyanın hədəfində Rusiya ilə geosiyasi olaraq tam ayrılmaq var. Buna sübut olaraq deyə bilərik ki, Paşinyan aprel ayından indiyədək Ermənistanda Rusiyanın barmaqlarını ən azı üç dəfə daşın altında əzib".

sia.az

Digər xəbərlər