Siyasət

  • 3 168

"Azərbaycan beynəlxalq aləmdə proseslərə təsiretmə gücünə malikdir" RƏY-ÖZƏL

image

“Ermənistan sonsuz bir qarışıqlıq, siyasi mübarizə, parçalanma, qarşıdurma dövrünə qədəm qoyub. Paşinyanla Qarabağ separatçıları arasında ziddiyyətlər dərinləşib. Erməni diasporu da iki yerə bölünüb: Rusiyadakı ermənilər bu dövlətin Ermənistanda möhkəmlənməsi üçün iş aparır, Avropada olan erməni icması isə Paşinyana dəstək olmaqla, Ermənistanı Rusiyanın orbitindən çıxarıb Qərbə yönləndirmək istəyirlər”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.O bildirib ki, belə bir məqamda Paşinyanın atdığı bir sıra addımlar da Rusiyanı ondan narazı salıb: “Bunun nəticəsidir ki, Ermənistan bu dövlətin, eləcə də onun rəhbərlik etdiyi KTMT-nin dəstəyindən tam məhrum edilib. Ermənilər daim Azərbaycanla müharibənin başlayacağı təqdirdə KTMT-nin onları müdafiə edəcəyini bəyan edirdilər. Lakin nəinki Ermənistanı müdafiə etmək, KTMT üzvləri Ermənistana təşkilatın baş katibi vəzifəsinə öz namizədini irəli sürmək imkanı da vermədilər, üstəlik, Azərbaycana silah satmağa davam etdilər və Azərbaycanın təşkilatla daha yaxın əməkdaşlıq formatına tərəfdar çıxdılar”.Ermənistanın dərin təbəddülatlar erasına qədəm qoyduğunu dilə gətirən N. Məmmədova söyləyib ki, bu ölkənin bütün müttəfiqləri, əslində, de-fakto Azərbaycanla müttəfiq səviyyəsinə yüksələn münasibətlər qurublar: “Azərbaycan artıq beynəlxalq aləmdə proseslərə təsiretmə gücünə malik bir ölkəyə çevrilib. Bütün bu və digər amilləri çox yaxşı bilən Ölkə başçısı İlham Əliyev Ermənistana digər dövlət başçılarının inamının zəif olmasını, Azərbaycanı dəstəkləməsini müşahidə edir. Məhz bu səbəbdən də Azərbaycan Prezidenti son çıxışında münaqişənin həllində hazırda əlverişli şərait yarandığını vurğulayıb. Ermənistan qarşısında biz təbii ki, haqlıyıq. Lakin dünya tarixində də, müasir dünyada da haqq-ədaləti bərqərar etmək üçün iqtisadi güc, hərbi qüdrət əsas rol oynayır. Morgentaunun maraqlı bir fikri var, o deyir ki, bir diplomatiyanın arxasında hərbi güc dayanmırsa, bütün danışıqlar, masa arxasında gedən proseslər mənasızdır. Bu baxımdan Azərbaycanın öz ordusunu gücləndirməsi, iqtisadi potensialını yüksəltməsi, siyasi nüfuzunu artırması olduqca mühüm amillərdir”.

sia.az

Digər xəbərlər