Siyasət

  • 3 892

Mübariz Qurbanlı: Azərbaycanda dini icmaların sayı 909-a çatıb

image

Azərbaycanda dini icmaların sayı 909-a çatıb. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Dini qurumlar və sosial media” adlı konfransda deyib. /Trend/

M.Qurbanlı bildirib ki, bu icmalardan 32-si qeyri-islami dini icmalardır. Komitə sədri sosial medianın təsirindən söz açıb. O qeyd edib ki, sosial medianın müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də var.
Komitə sədri vurğulayıb ki, sosial mediada dezinformasiya baş alıb gedir, insanlığa, əxlaqa, mənəvi dəyərlərə zidd məsələlər təbliğ olunur: “Bu baxımdan bizim ölkədə də bu məsələ diqqət mərkəzindədir”.
O əlavə edib ki, bir sıra ölkələrdə sosial media üzərində nəzarət həyata keçirilir: “Bəzən bunu azadlığın məhdudlaşdırılması kimi qələmə verirlər. Ancaq bir sıra ölkələr bu sahədə nəzarəti hüquqi əsaslarla tənzimləyirlər”.

yap.org.az

Digər xəbərlər