Siyasət

  • 3 685

"Sosial media problemi bütün dünyanı lərzəyə gətirir"

image

"Bu gün sosial media problemi bütün dünyanı lərzəyə gətirir. Artıq media deyəndə qəzet, jurnalla yanaşı, internet media da bura daxil olub. Lakin sosial şəbəkələri media kimi qiymətləndirməyimiz düzgün deyil". SİA-nın verdiyi məlumata görə, bunu Kütləvi İnformasiya Vasitəsilərinə Dövlət Dəstəyi Şurasının icraçı direktoru Vüqar Səfərli "Dini qurumlar və sosial media" adlı tədbirdə çıxışı zamanı deyib.Onun sözlərinə görə, sosial şəbəkənin media kimi qəbul olunmamasının səbəbi bu sahədə məsuliyyətin olmamasıdır: "Əgər televiziya və jurnalda jurnalist hər hansı məlumat yayırsa, onlar buna görə məsuliyyət daşıyırlar. Amma sosial şəbəkələrdə bu belə deyil. Əlbəttə, ölkəmiz tolerant bir ölkədir. Azərbaycanda keçirilən tədbirlər də ölkəmizin sabitliyini sübut edir. Hər bir vətəndaş dinindən, irqindən asılı olmayaraq onu vətəni hesab edir. Lakin bununla yanaşı xaricdən idarə olunan quvvələr var. İlahiyyatçılarımızın bəziləri xaricdə təhsil alıb. Bu məqam da müəyyən təhlükələr yaradırdı. Bu il Prezidentin sərəncamı ilə İlahiyyat İnistitu yaradıldı. İnstitut bu sahədə kadrların yetişdirilməsi üçün mühum tol oynayacaq".V.Səfərli onu da vurğulayıb ki,bu sahədə təbliğata böyük ehtiyac var: "Buna görə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə biz çoxsaylı tədbirlər keçirmişik. Hesab edirəm ki, sosial şəbəkədə nə qədər cəfəngiyyat yayılsa da, jurnalistlər həm sosial şəbəkə, həm də media vasitəsilə onlara cavab verməlidir".

sia.az

Digər xəbərlər