Siyasət

  • 3 337

"Paşinyan real problemlərin həlli ilə üzləşəcək" ÖZƏL-MÖVQE

image

“Ümumiyyətlə Ermənistanda vəziyyət getdikcə daha da gərginləşəcək. Çünki Paşinyanın iqtisadi islahatları necə aparacağı ilə bağlı maliyyə imkanları yoxdur”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.Politoloqun sözlərinə görə, işğalçı ölkənin xarici borcları daha çoxdur: “Heç bir xarici ölkə Ermənistana böyük pullar vəd etmir. Hakimiyyətdə olduğu müddətdə ona 30-40 milyon avro vəd etmişdilər, amma heç onun siyahısını da verməyiblər. Ermənistanın daha böyük maliyyəyə ehtiyacı var. Bu mənada hesab edirəm ki, işğalçı ölkə bu problemlərlə üzləşəcək. Ermənistan tərəfi Dağlıq Qarabağ məsələsində addım atmasa, aydındır ki, cəbhə bölgəsində vəziyyət daha da gərginləşəcək. Eləcə də digər xarici siyasət kursunun müəyyənləşməsində çətinliklərlə üzləşəcək. Təbii ki, Ermənistan mətbuatı da yavaş-yavaş bundan yazmağa başlayıb. Qələbə eyforiyası bir qədər sonra keçəcək və o real problemlərin həlli ilə üzləşəcək. Əgər Paşinyan ilin ortasına qədər heç bir irəliləyiş əldə etməsə, ilin ortasına yaxın həm daxili, həm də xarici siyasətdə çox ciddi çağırışlarla, sınaqlarla üz-üzə qalacaq”.

sia.az

Digər xəbərlər