Siyasət

  • 3 627

"Rusiyanın Ermənistanı cəzalandırmaqla bağlı planları var" ÖZƏL-RƏY

image

“Əslində Ermənistanın baş naziri Nikol Paşinyan siyasətdən uzaq bir adam olduğuna görə onun haqqında nəyisə proqnozlaşdırmaq, ağıllı bir şey demək mümkün deyil”. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.“Birincisi, Paşinyan həddindən artıq bu sahədə deletandır. İkincisi, onun dedikləri siyasətdən daha çox Qərbin sifarişlərinin icrasıdır. Üçüncüsü, adam kifayət qədər yetişmiş səviyyəsi olmadığına görə atacağı addımları da proqnozlaşdırmaq mümkün deyil. Bütün bunların fonunda Paşinyanın nə edəcəyini demək mümkün deyil. Amma Rusiyanın nə edəcəyini demək mümkündür.Xüsusilə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfərindən sonra Rusiya mətbuatında son günlərdə Ermənistanla, Paşinyanla bağlı tənqidi məqalələr artıb. İkincisi, Rusiya KİV-ləri, xüsusilə telekanalları əgər əvvəllər bütün verilişlərində erməniləri təbliğ edirdilərsə, indi onları yavaş-yavaş seyrəldiblər. Rusiyanın birinci kanalında, rtr-də, həm də ntv kanallarında ermənilərin təbliğatı yavaş-yavaş dayandırılıb. Bunu sezməmək mümkün deyil. Üçüncüsü, Ermənistanın fəaliyyəti ilə bağlı Rusiyanın hərbçiləri danışmağa başlayıb. Yəni bütün bunların fonunda Rusiyanın Ermənistanı cəzalandırmaqla bağlı artıq planları var. Bunu tam məsuliyyətlə demək olar. Yəqin ki, yeni ildə sonra bu məsələlər gündəmə gələcək. Yəni Ermənistan “Gümrü”dəki hərbi bazanı çıxarmağa çalışsa, ruslar bu addımı atacaq. Rusiya Ermənistanı çox çətin vəziyyətdə qoymaq şərtilə öz hərbçilərini oradan çıxaracaq. Ona görə də biz bir qədər gözləməliyik. Amma bütün hallarda Ermənistanın, hal-hazırda Paşinyanın yürütdüyü siyasət, həm öz xalqına, həm qonşularına qarşı, həm də Rusiyaya qarşı olacaq. Əgər indiyədək Ermənistanda vətəndaş müharibəsi gündəmdə deyildisə, artıq işğalçı ölkədə potensial vətəndaş müharibəsi məsələsi gündəmə gəlir”-deyə, politoloq fikrini tamamlayıb.

sia.az

Digər xəbərlər