Siyasət

  • 4 266

“Bu gün ölkəmizdə şəhid ailələrinə böyük qayğı ilə yanaşılır” ÖZƏL-MÜNASİBƏT

image

“Prezident İlham Əliyevin Sabunçu rayonunda hərbçilərə yeni mənzillər verməsinin və şəhid ailələrinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı imzaladığı fərmanının çox böyük əhəmiyyəti var”. Bunu SİA-ya açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli deyib.Hərbi ekspertin sözlərinə görə, dövlət başçısının bu kateqoriyadan olan insanlara maddi dəstək xarakterli qərar verməsi vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasına hesablanmış uğurlu siyasət kursunun davam etdiyini göstərir: “Prezident əlamətdar hadisələri, ad günlərini həmişə şəhid ailələri, Qarabağ qaziləri ilə birgə keçirir. Xüsusi qayğıya ehtiyacı olan həmin vətəndaşlarımızın mənzil-məişət problemlərinin həlli, avtomobillərlə təmin olunması, təqaüd ayrılması, onların övladlarının təhsil haqqından azad edilməsi dövlət başçısının daim diqqət mərkəzindədir. Həmçinin, ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhid olmuş şəxslərin adlarının əbədiləşdirilməsi istiqamətində xeyli tədbirlər həyata keçirilir. Təhsil müəssisələri, səhiyyə ocaqları və küçələrə qəhrəman şəhidlərimizin adları verilir, vaxtilə yaşadığı evlərə borelyefləri vurulur. Bu, dövlət səviyyəsində şəhidlərə, onların ailə üzvlərinə dərin hörmət və ehtiramın göstəricisi, diqqət və qayğının əyani təzahürüdür”.E.Həsənli qeyd edib ki, dövlət üçün nümunəvi xidmətlər göstərmiş şəxslərin əməyini dövlət başçısı həmişə yüksək qiymətləndirir. Ekspertin sözlərinə görə, bu kimi amillər Azərbaycanda gənc nəsildə vətənpərvərlik ruhunun daha da yüksəlməsinə zəmin yaradır, Silahlı Qüvvələrimizi dünyada ən qüdrətli ordular sırasında yer almasına imkan verir.E.Həsənli həmçinin vurğulayıb ki, Azərbaycan əhalinin həssas qrupuna göstərdiyi diqqət və qayğıya görə dünya ölkələrinə nümunə ola bilər: “Bu gün ölkəmizdə həm şəhid ailələrinə, həm müharibə əlillərinə, həm məcburi köçkün ailələrinə, eləcə də əhalinin digər həssas qrupuna böyük qayğı ilə yanaşılır. Bu məsələlər birbaşa ölkə Prezidentinin nəzarəti altındadır. Bütün bunlar onu göstərir ki, ölkəmizdə əhalinin həssas qrupuna ən yüksək səviyyədə diqqət göstərilir”.

sia.az

Digər xəbərlər