Siyasət

  • 13 493

Antimilli təfəkkürlü "mühacirlər" və erməni lobbisinin dəmtutanları

image

Siyavuş Novruzov: "O "mühacirlər" Avropada küçə süpürməklə məşğuldurlar"

Vətən, xalq təəssübündən məhrum olan və Avropanın müxtəlif ölkələrində məskunlaşan "mühacirlər"in sosial şəbəkələrdə dövlətə, xalqa qarşı əxlaqsızcasına "qara piar" kampaniyasını davam etdirməsi şübhəsiz, anti-Azərbaycan dairələrin, erməni lobbisinin "ənənəvi layihələr"inin növbəti epizodudur. Hamımız yaxşı bilirik ki, anti-Azərbaycan dairələrin ölkəmizdə reallaşdırılan yerli və beynəlxalq əhəmiyyətli tədbirlər ərəfəsində "sapı özümüzdən olan baltaları" tora salaraq, öz çirkin və məkrli oyunlarına alət edərək, respublikamızı hədəfə alması uzun illərdir ki, "ənənə" halını alıb. Anti-Azərbaycan dairələrin, erməni lobbisinin və onlarla işbirliyində olan milli satqınların- müxtəlif bəhanələrlə Qərbin ayrı-ayrı ölkələrində məskunlaşaraq zibilxanalarda küllənən orduxanların, turalların, məhəmmədlərin, rafayılların, eləcə də, AXCP sədri Əli Kərimlinin, "Milli Şura"nın rəhbəri C.Həsənlinin və onlarının tör-töküntülərinin, "yaldaşlar"ının el arasında deyildiyi kimi, "fısları yatacaq". Bu xəyanətkarlar öz ağalarından aldıqları "yemlərini" nəhəng pitonlar kimi udaraq, bir müddət gizlinə çəkilərək, onu həzm etməklə məşğul olacaqlar.Azərbaycan əleyhdarlarının ikrah doğuran əməlləri bütün detalları ilə ortadadır. Onlar Azərbaycanın düşmənləridir. Bəs adını azərbaycanlı qoyaraq, onların dəyirmanına su tökən Vətən, millət dönüklərinin bu mənəviyyatsız, namərd əməllərinə nə ad vermək olar? Ölkəsinə, millətinə, şər-böhtan, təhqir yağdıran bu satqın "söyüş makinaları" cəmiyyətimizin böyük təpkisi və ictimai qınağına tuş olduqları üçün daha da aqressivləşiblər desək, yanılmarıq.
Sapı özümüzdən olan baltalar milli kimliklərini unutmuş əxlaqsızlardır
Bu gün Azərbaycana qarşı ermənilərlə çiyin-çiyinə vuruşan bu parazitlərin milliyyəti azərbaycanlı ola bilər. Amma Orduxan Teymurxan, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Vidadi İsgəndərli və digərləri pul, var-dövlət toplamaq həvəsi milli kimliklərini unutmuş əxlaqsızlardır.Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Siyavuş Novruzov sözügedən məsələ ilə bağlı bildirib ki, saxta "siyasi mühacirlər"i erməni lobbisi maliyyələşdirir: "Mitinq adı ilə ayrı-ayrı Avropa ölkələrinə gedirlər. Təbii ki, həmin xainlər orada işləmirlər. Ancaq ondan-bundan tapşırıqlar alırlar. Həmin saxta siyasi mühacirlər erməni lobbisinin ayırdığı pulla maliyyələşirlər".Siyavuş Novruzov bəyan edib ki, saxta yollarla "siyasi mühacir" sənədləri düzəltdirmək istəyənlərə qarşı ciddi mübarizə aparılmalıdır: "Bu işdə, xüsusilə, hüquq-mühafizə orqanları mübarizə aparmalı və diqqətli olmalıdırlar. Belə müraciətlərin hər biri polis tərəfindən ciddi araşdırılmalıdır. Saxta yollarla "siyasi mühacir" statusu alanların bəziləri adlarını dəyişərək, ya erməni və ya da mənşəyi bilinməyən xarici adlar götürürlər. O mühacirlər bu gün Avropada küçə süpürməklə məşğuldurlar".

sia.az

Digər xəbərlər