Siyasət

  • 3 410

"Avropada Azərbaycana qarşı ikili yanaşmalara son qoyulmaqdadır"

image

Milli Məclisin bu gün keçirilən plenar iclasında Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, deputat Cavanşir Feyziyev Strasburqda Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi ilə bağlı keçirilən tədbir haqqında məlumat verib. SİA-nın xəbərinə görə, C.Feyziyev söyləyib ki, sözügedən tədbir dekabrın 11-də Strasburqda yüksək səviyyədə keçirilib: “Tədbiri Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi, rumıniyalı Norika Nikolay idarə edirdi. Tədbirdə 140-dan çox qonaq iştirak etdi. Orada AXC-nin yaranması və fəaliyyəti müasir Azərbaycana bəxş etdiyi töhfələr haqqında məlumat verildi”.Tədbirdən sonra Avropa Parlamentinin plenar sessiyasının keçirildiyini deyən C.Feyziyev söyləyib ki, builki sessiyada təqdim olunan məruzə Azərbaycanın maraqlarına uyğun şəkildə idi: “Məruzədə Azərbaycanın ərazi bütövlüyü, sərhədlərin qorunması öz əksini tapmaqla yanaşı, “Şərq Tərəfdaşlığı” ölkələrində münaqişələrin sülh və ərazi bütövlüyü prinsipi ilə həll olunması qeyd olunub. Bundan əlavə sənəddə “Şərq Tərəfdaşlığı” ölkələrdə mövcud münaqişələrdən əziyyət çəkənlərin, qaçqın və məcburi köçkünlərə yardım edilməsi öz əksini tapıb”.Deputat söyləyib ki, hər dəfə Avropa Parlamentində təqdim olunan məruzələrə Ermənistan tərəfindən əks reaksiya verilsə də, bu dəfə erməni lobbiçilərin təklifi 525 səs əleyhinə olunmaqla rədd edildi: “Bütün bunlar Azərbaycanın həyata keçirdiyi müstəqil xarici siyasətin nəticəsidir. Azərbaycan Prezidentinin düşünülmüş xarici siyasəti nəticəsində Avropada Azərbaycanın mövqeyi dəstəklənir. Artıq Azərbaycana qarşı ikili yanaşmalara son qoyulmaqdadır. Bütün bunların əsasında Azərbaycan Prezidentinin yorulmaz fəaliyyəti, Azərbaycan diplomatiyasının fəaliyyəti dayanır”.

sia.az

Digər xəbərlər