Siyasət

  • 3 420

Rasim Musabəyov: Azərbaycanda beynəlxalq tədbirlərin, mühüm görüşlərin keçirilməsi üçün lazımi şərait var

image

“Azərbaycanın həyata keçirdiyi siyasət nəticəsində Bakı beynəlxalq görüşlərin ev sahibliyi etdiyi məkana çevrilib”. Bu fikirləri Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, Azərbaycanın infrastrukturu, eləcə də təhlükəsizliyi beynəlxalq görüşlər üçün cəlbedici sayılır. Onun sözlərinə görə, Azərbaycanda beynəlxalq tədbirlərin, mühüm görüşlərin keçirilməsi üçün lazımi şərait var.
“Bütün bunlar ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsinin sayının artmasına imkan verən məsələlərdir və beynəlxalq səviyyədə nəzərə alınır. Bu mənada Azərbaycan Cənubi Qafqaz ölkələri arasında ən məqbul ölkə sayılır. Rusiyaya tətbiq edilən sanksiyalar nəticəsində onlar Avropada və digər ölkələrdə görüşmək imkanında deyillər. Azərbaycanın bütün məsələlərdə neytral olduğu nəzərə alınaraq, bu görüşün Azərbaycanda keçirilməsi Rusiya və NATO üçün daha cəlbedicidir. Azərbaycanın beynəlxalq tədbirlərə, eləcə də görüşlərə ev sahibliyi etməsi, dünyanın ölkəmizə diqqətini daha da artırır. Bütün dünya mediasının diqqəti Azərbaycana yönəlir. Bütün bunlar ölkəmizin beynəlxalq nüfuzunun artmasına da dividentlər gətirir”-deyə, deputat qeyd edib.

sia.az

Digər xəbərlər