Siyasət

  • 3 319

Sevinc Fətəliyeva: Heç bir dövlət terrordan sığortalanmayıb

image

“Bu gün biz həssas dünyada yaşayırıq və dünyada heç bir ölkə terrordan, radikalizm və ekstremizmdən sığortalanmayıb”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, Azərbaycan da terrorçuluğa məruz qalan bir ölkədir. Onun sözlərinə görə, 20 ildən artıqdır ki, Azərbaycan torpaqlarının 20 faizi erməni işğalı altındadır və qonşu Ermənistanın etnik təmizləməsi nəticəsində bir milyondan artıq soydaşımız öz doğma yurdlarını tərk etməyə məcbur olaraq qaçqın və məcburi köçkün vəziyyətinə düşüblər.
Komitə sədrinin müavini vurğulayıb ki, bu işğal zamanı törədilmiş etnik təmizləmə terrorun hər bir ölkə üçün necə təhlükəli olmasının bariz nümunəsidir.
“Dünyada bəzi terror təşkilatları özlərini İslam təşkilatı kimi təqdim edərək İslamın adına xələl gətirirlər və gəncləri radikalizmə sürükləyirlər. Eləcə də, dünyada etnik və dini zəmində yaranan münaqişələrin sayı get-gedə artmaqdadır. Azərbaycan öz dözümlülük ənənələrini qoruyub saxlayır. Müxtəlif dinlərə və etnik qruplara mənsub olan xalqlar əsrlər boyu Azərbaycanda yaşayır və ona görə də tolerantlıq və multikulturalizm ideyaları həyatımızın ən dəyərli hissəsidir və eyni zamanda dövlət siyasətinin proritetlərindən biridir”-deyə, S.Fətəliyeva vurğulayıb.

yap.org.az

Digər xəbərlər