Siyasət

  • 3 365

"2019-cu il Dağlıq Qarabağın azad edilməsi ili olmalıdır”

image

“Dekabrın 12-də Avropa Parlamentinin qəbul etdiyi qətnamə böyük uğur və qələbədir. Avropa Parlamenti ilk dəfədir ki, belə qətnamə qəbul edib”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.O bildirib ki, biz adətən Avropa Parlamentinin Ukrayna, Moldova və Gürücüstanın ərazi bütövlüyünü dəstəklədiyini, Dağlıq Qarabağ münaqişəsinin isə sülh yolu ilə həll edilməsinin vacibliyini vurğuladığını görürdük: “Azərbaycana isə deyirdilər ki, gedin ermənilərlə razılaşın. Beləcə, dolayısı yolla ermənilərə dəstək verirdilər. Lakin ilk dəfədir ki, Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və münaqişənin ərazi bütövlüyü çərçivəsində həllini vacib sayıb. Hesab edirəm ki, bu, Azərbaycan parlamentinin böyük uğurudur. Mən Cavanşir Feyziyev başda olmaqla bu tədbirdə iştirak edən həmkarlarımızı təbrik edirəm”.Deputat əlavə edib ki, son dövrlər ikinci diplomatik qələbə odur ki, artıq Ermənistan təklənib, hətta öz müttəfiqlərini itirir: “Hesab edirəm ki, Azərbaycan Ermənistana təzyiqlərini artırılmalı, 2019-cu il Dağlıq Qarabağın azad edilməsi ili olmalıdır”.

sia.az

Digər xəbərlər