Siyasət

  • 3 542

"Milli qəhrəmanlarımızla bağlı söylənənlər erməni təəssübkeşliyidir"

image

"Sosial şəbəkələrdə Milli qəhrəmanlarımızla bağlı söylənən fikirlər milli ruhumuza, qəhrəmanlarımıza, tariximizə hücum olmaqla yanaşı, erməni təəssübkeşliyidir. Mənim düşüncəmə görə, bu cür fikirlərin səslənməsində şərait yaradan amil “psixoloq” xanımın genetik kodudur. O öz dayılarının milli təssübkeçi kimi çıxış edir”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Fəzail İbrahimli parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.Deputatın sözlərin görə, göründüyü kimi psixoloqun psixoloqa ehtiyacı var: “Görünür onun başında problemlər və bu yoxlanılıb, nəticə çıxarılmalıdır. Azərbaycan haqqında səslənən fikirlərin arxasında dayanan digər səbəb caynaqlarını ölkəmizin üzərinə uzadılıb xüsusi insanlardan istifadə etməkdir. Amma bütün bunlara baxmayaraq, bunun carəsi var”.F.İbrahimlinin fikrincə, belə insanlara qarşı ictimai qınaq xüsusi rol oynamalıdır: “Aldğım məlumatlara görə, hüquq mühafizə orqanları tərəfindən ölçü götürüləcək. Lakin cəmiyyət də qınağını əsirgəməməlidir. Qoy bu yola gedənlər cəmiyyətin qınağını görüb bundan dərs götürsünlər”.

sia.az

Digər xəbərlər