Siyasət

  • 3 552

“Azərbaycanda kibercinayətkarlığa qarşı xüsusi qruplar yaradılsın” - RƏY

image

“Avropa Parlamenti tərəfindən qəbul edilən qərar mürəkkəb beynəlxalq münasibətlər sistemində Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə bağlı yeni fikir formalaşdırır. Bu heç şübhəsiz ki, ölkəmizin həyata keçirdiyi dərin strateji diplomatiyası sayəsində mümkün olub”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Hikmət Məmmədov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.O bildirib ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin də söylədiyi kimi, üzv olmadığımız beynəlxalq təşkilatlar da Ermənistanın üzv olmasına baxmayaraq, Azərbaycan ondan qat-qat nüfuzlu olduğunu göstərir.Sosial şəbəkələrdə Azərbaycanın əleyhinə yazılanlara münasibətini bildirən H.Məmmədov bu hadisənin epizodik olmadığını dilə gətirib: “Hazırda biz yeni sosium dövründə yaşayırıq ki, bu cəmiyyətə informasiya cəmiyyəti deyirlər. Çox təəssüf ki, real həyatdan kənarda yeni bir virtual münasibətlər sistemi formalaşıb. Biz buna sadəcə virtual münasibətlər sistemi deyib keçə bilərik. Amma bu belə deyil. Çünki sosial həyat real həyatımızın keyfiyyətini müəyyənləşdirən onun istiqamətlərini müəyənləşdirən bir məkandır. Burada ictimai münasibətlərində hüquqi müstəvidə tənzimlənməsi reallıq, aktuallıqdır. İndiki mərhələdə biz bunu məhdudlaşdıra bilmərik. Bunun hüquqla tənzimlənməsi üçün addımlar atılmalıdır. Almaniyada bununla bağlı qanun qəbul edilib. Bu qanun birbaşa sosial şəbəkələrlə olmasa da, federal qanunların sosial şəbəkədə qorunması ilə bağlı xüsusi təhqiqat qrupları yaradılıb. Hesab edirəm ki, Azərbaycanda da nəhayət kibercinayətkarlığa qarşı xüsusi qrupların yaradılması və onların sosial şəbəklərdə mübarizə aparması vacibdir. Hər hansı hadisə baş verdikdə mütləq deyil ki, kimsə şikayətçi olsun. Hesab edirəm ki, bizim çox nüfuzlu hüquq mühafizə orqanları var. Onlar bununla bağlı ictimai sifarişi gözləmədən dərhal ölçü götürməlidir”.Deputat qeyd edib ki, informasiya yeni insan növu formalaşdırır: “Yeni insan növu artıq milli dəyərlərə bağlı deyil. Onlar əldə etdikləri informasiya ilə özünü identifikasiya edirlər. Bu da yeni sosial baza yaradır. Bütün bunları nəzərə alaraq Azərbaycanda sistemli şəkildə addımlar atılmalı, amma indiki mərhələdə sosial şəbəkələrdə hüquqi münsaibətləri tənzimləmək üçün hüquq mühafizə orqanları xüsusi qruplar yaratmalıdır”.

sia.az

Digər xəbərlər