Siyasət

  • 6 440

Ülviyyə Həmzəyeva: Azərbaycanda yaradıcı insanlara yüksək dövlət qayğısı göstərilir

image

“Azərbaycanda yaradıcı insanlara yüksək dövlət qayğısı göstərilir. Ölkəmizin mədəniyyət və incəsənət xadimləri bu qayğıya böyük dəyər verirlər”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Ülviyyə Həmzəyeva deyib.

Ü.Həmzəyeva bildirib ki, tanınmış mədəniyyət və incəsənət xadimlərinin sosial, maddi təminatının yaxşılaşdırması üçün davamlı tədbirlərin həyata keçirilməsi, onlara ömürlük prezident təqaüdlərinin ayrılması da mühüm əhəmiyyətə malikdir. Onun sözlərinə görə, eyni zamanda, yaradıcı şəxslərin fəaliyyətlərinin stimullaşdırılması üçün onların təqaüdlə təmin edilmələri, dövlət mükafatları ilə təltif olunmaları, mənzil təminatlarının yaxşılaşdırılmaları da böyük önəm kəsb edir.
“Bütün bunlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticələridir. Onu da qeyd etmək istəyirəm ki, bu gün yaradıcı gənclərin fəaliyyətinə də güclü dövlət dəstəyi mövcuddur. Gənclər bu imkanlardan səmərəli istifadə etməli, ölkəmizin inkişafına öz töhfələrini verməlidirlər. Biz öz gəncliyimizə böyük nikbinliklə baxır, onların uğurları ilə qürur duyuruq", - deyə deputat vurğulayıb.

yap.org.az

Digər xəbərlər