Siyasət

  • 3 762

Bəhruz Quliyev: “Xalqımız qarşıdakı dövrlərdə də Prezidentin sosial siyasətindən bəhrələnəcək” MÜNASİBƏT

image

"Dövlətimizin yürütdüyü sosial siyasəti əsas tərkib hissəsində insan faktoru dayanır və bu amil Prezident İlham Əliyevin prioritet olaraq istiqamətləndirdiyi vəzifələrdən biridir". SİA xəbər verir ki, bu fikirləri Olaylar.az-a "SƏS" qəzetinin baş redaktoru, ekspert Bəhruz Quliyev sözügedən mövzuya münasibətini açıqlayarkən deyib.Onun sözlərinə görə, sosial siyasət bütün sferaları əhatə edir və Onun da vurğuladığı kimi, bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır: "Ölkə rəhbərimizin müəyyənləşdirdiyi bu strateji kursa uyğun olaraq reallaşdırılan məqsədyönlü dövlət siyasəti də məhz ona istiqamətləndirilib ki, dövlətin dinamik iqtisadi inkişafından əhalinin bütün təbəqələri bəhrələnə bilsinlər. Bu baxımdan, Azərbaycanda cəmiyyətin ayrı-ayrı təbəqələri arasında ədalətli resurs bölgüsünü təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirilir və beləliklə, bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənirlər. Elm, təhsil, idman, mədəniyyət sahələrində çalışan insanlarımıza, eləcə də şəhid və hərbçi ailələrinə ayrılan diqqət və qayğı, onların mənzillərlə təmin edilməsi faktorları bu reallığı özündə kifayət qədər təcəssüm etdirməkdədir. İstər birdəfəlik, istərsə də ömürlük təqaüdlərin ayrılmasından tutmuş, mənzil şəraitlərinin yaxşılaşdırılmasına qədər, habelə ehtiyacı olan insanların müalicələrinin təmin edilməsi kimi məsələlər davamlı şəkildə Prezident İlham Əliyev cənablarının qərarları əsasında həyata keçirilməkdədir. Əsas məqam isə budur ki, ölkə başçımız bu siyasəti ardıcıllıqla gerçəkləşdirir"."Həm də bir media təmsilçisi olaraq qeyd etmək istərdim ki, cənab İlham Əliyevin sərəncamı ilə jurnalistlər üçün tikilmiş binalarda mətbuat işçilərinin 2013-2017-ci illərdə mənzillərlə təmin olunmaları, eləcə də yeni binanın tikintisi bu sahəyə göstərilən diqqət və qayğısının bariz göstərici olaraq qiymətləndirilir", deyə vurğulayan "SƏS" qəzetinin baş redaktoru bu qayğıdan yalnız jurnalistlərin deyil, eləcə də yaradıcı insanların da yararlandığını bildirib: "Əbəs deyil ki, 2017-ci ildə istifadəyə verilmiş ikinci binanın sakinləri arasında həyatdan köçmüş mətbuat işçilərinin və yaradıcı insanlarımızın ailələri məskunlaşıblar. Bu, Prezident İlham Əliyevin sosial siyasətində formalaşmış nəcibliyin, alicənablığın və qayğının məntiqi göstəricisidir. Hesab edirəm ki, Azərbaycan xalqı qarşıdakı dövrlərdə də bu kimi dövlət qayğısından yararlanacaq, Prezident İlham Əliyevin sosial siyasətinin uğurlarından bəhrələnəcəklər".Ekspert son olaraq deyib ki, əldə edilən hər bir nailiyyətin arxasında güclü Lider və uğurlu siyasət faktoru dayanır: "Bu faktor məhz Azərbaycan iqtisadiyyatının qüdrətinin göstəricisidir. İqtisadiyyatımızda əldə edilən hər bir müvəffəqiyyət bilavasitə insanlarımızın sosial həyatlarının daha da yaxşılaşmasına stimul verməkdədir".

sia.az

Digər xəbərlər