Siyasət

  • 3 793

"Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır" AÇIQLAMA-ÖZƏL

image

“Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafın Azərbaycan modeli formalaşıb və sosial inkişaf məsələləri də dövlət siyasətinin prioritetləri sırasındadır". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.O bildirib ki, Prezident İlham Əliyevin də vurğuladığı kimi, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır.Ölkəmizdə həyata keçirilən sosial siyasətin başlıca məqsədlərindən birinin cəmiyyətin sosial problemlərindən olan yoxsulluq səviyyəsinin azaldılması olduğunu dilə gətirən deputat qeyd edib ki, ötən dövrdə iqtisadiyyatin sürətli inkişafı yoxsulluğun səviyyəsinin azaldılması üçün geniş imkanlar açdı.S.Hüseynova vurğulayıb ki, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkədə yoxsulluğun səviyyəsi azalıb: "Bu baxımdan, hazırda ölkəmizdə yoxsulluğun səviyyəsinin 5 faiz civarında olması yüksək göstəricidir. Ümumiyyətlə, bu gün Azərbaycanda sosial-iqtisadi sahə uğurla inkişaf edir. Əhalinin sosial inkişafı üçün lazım olan hər bir şərait yaradılıb”.Millət vəkili qeyd edib ki, Azərbaycanda inkişafın yeni mərhələsi mühüm nailiyyətlərlə müşayiət olunur: "Əməkhaqları, pensiya təminatı sahəsində aparılan ciddi islahatlar, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən geniş proqramlar cəmiyyətin rifah halının yaxşılaşmasına yönəlmiş tədbirlərdir".

sia.az

Digər xəbərlər