Siyasət

  • 4 223

"2019-cu il də bizim üçün uğurlarla zəngin olacaq" ÖZƏL-ŞƏRH

image

“Pensiyaların, əmək haqlarının artırılması üçün ötən il önəmli addımlar atılıb”. Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.Deputat ölkə rəhbərinin son illərdə iqtisadiyyatın şaxələndirilməsi və neftdən asılılığının aradan qaldırılması istiqamətində mühüm tədbirlər həyata keçirilməsi üçün tapşırıqlar verdiyini xatırladıb: “Artıq Azərbaycanda qeyri-neft sektoru xeyli inkişaf edib. Elə layihələr icra olunub ki, onlar iqtisadiyyatımıza böyük miqdarda həm gəlir gətirib. Həm də yoxsulluq, işsizlik problemlərinin aradan qaldırılmasına öz töhfəsini verib. Azərbaycanın 2018-ci ildə yerinə yetirdiyi iqtisadi layihələrə nəzərə salsaq, görərik ki, qazlaşma 95 faizə, t'mir olunan nəqliyyat yolları 15 min km-ə çatdırılıb, su-kanalizasiya xidmətləri daha da yaxşılaşdırılıb. Rabitə, informasiya-kommunikasiya xidmətləri müasirləşib. Bakı-Tiflis-Qars dəmir yolunun istifadəyə verilməsi, Star Neft Emalı Zavodunun açılışı, Cənub Qaz dəhlizinin özəyi olan TANAP layihəsinə başlanması əlamətdar hadisələrdir. Ən yaddaqalan məqamlardan biri də Azərbaycanın yerləşdiyi coğrafi mövqeyə görə tranzit nəqliyyat dəhlizinin bərpası oldu. Artıq Azərbaycan qazı Avropanın sərhədlərinə qədər çatdırıldı. TANAP-ın icrasının son mərhələsindəyik, yaxın vaxtlarda qazımız Avropa məkanında olacaq”.Azər Badamovun sözlərinə görə, paralel olaraq beynəlxalq sahədə uğurlar davam etdirilib: “Avropa Parlamentində “Xarici fəaliyyət və təhlükəsizlik siyasəti” üzrə qətnamənin qəbulu Azərbaycanın mövqeyinə tam uyğun gəldi. Qətnamədə Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrindəki dondurulmuş münaqişələrə vahid mövqedən yanaşma tələb edilir ki, bununla ikili standartların aradan qaldırılmasının şahidi olduq. Bunu beynəlxalq arenada Ermənistanın uduzması, Azərbaycanın qələbəsi kimi xarakterizə etmək olar. Hesab edirəm ki, 2019-cu il də bizim üçün uğurlarla zəngin olacaq. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələrin icrası davam etdiriləcək. İqtisadi və sosial sahələrdə uğurlarımız daha da artacaq. Çünki 2019-cu ildə qazanılacaq uğurların arxasında 2018-ci ilin naliyyətlərinin bünövrəsi var. Ümid edirik ki, 2019-cu ilin sonunda da bütün sferalarda qazanılan uğurlardan danışacağıq. Yəni, 2019-cu ildə ötən ilkindən də böyük naliyyətlər əldə edəcəyik".

sia.az

Digər xəbərlər