Siyasət

  • 3 618

"Azərbaycanın danışıqlar masası ətrafında əli xeyli güclüdür” ÖZƏL-RƏY

image

“2019-cu ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar gərgin olacaq. Çünki Ermənistanın yeni rəhbərliyi əvvəlki rəhbərlikdən də sərt millətçi mövqelərindən çıxış edir. Amma Azərbaycanın danışıqlar masası ətrafında əli xeyli güclüdür”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.Politoloqun sözlərinə görə, dünyanın bir sıra əsas beynəlxalq təşkilatları və eləcə də aparıcı dövlətləri problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etməsini müdafiə edirlər: “Yəni məsələnin ərazi bütövlüyü çərçivəsində tərəfdarları xeyli artıb. Bu sarıdan Azərbaycan demək olar ki, danışıqlar masası ətrafında xeyli inamlı olacaq. Amma danışıqlarda vasitəçilik edən Rusiyanın mövqeyində bu dediyim aparıcı dünya dövlətlərinin mövqeləri kimi konstruktivlik hiss edilmir. Niyə? Məsələn, Kremlin sözçüsü deyir ki, bu danışıqlarda tərəflərdən intellektuallıq tələb olunur. İntellektuallıq tələb olunur sözünün özü çox üstüörtülü mətləblərdən xəbər verir. Məsələ dünya dövlətlərinə, bütün beynəlxalq təşkilatlara aydındırsa, problemin siyasi anatomiyası hamıya aydındırsa, burada nəinki intellektuallıqdan söhbət gedə bilər, sadəcə olaraq işğalçıya işğalçı deyib ona əsgərlərini işğal edilmiş torpaqlardan geri çək sözünü demək lazımdır. Təbii ki, bunu da bəzi dövlətlər deməkdə çətinlik çəkir”.

sia.az

Digər xəbərlər