Siyasət

  • 3 870

"Sarı jiletlilər" Avropa üçün bumeranq effektidir ÖZƏL-ŞƏRH

image

“Fransada "sarı jilet"lilərin aksiyası davam edir. Hesab edirəm ki, bunlar hamısı öncədən düşünülmüş və planlaşdırılmış proseslərdir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib.Deputatın sözlərinə görə, Avropanın özü ikili-üçlü standartla o qədər işlədi ki, axırda bu standartları daha böyük güclər özlərinə qarşı tətbiq etdilər: “Yəni, bu məsələ dünyanın nizamının dəyişdirilməsində, həmin dünyanın bölüşdürülməsində maraqlı olan qüvvələrin anlaşılmazlığından doğan haldır, nəticədir. Həmin antoqonist münasibətlər isə Beynəlxalq Humanitar Hüquq kontekstində, lap dəqiqi Suriya məsələsində qaçqın probleminə görə pozulub. Avropanın Qərbə iddiası, sualı budur ki, xeyir ola, siyasəti bərabər yürüdürük, amma başqa ölkələrin qaçqınları yalnız bizim əraziyə daxil olur? Qarşı tərəfin diplomatik cavab isə budur: “Sarı jiletlilər”! Yəni, başınız özünüzə qarışsın ki, məsləhət vermək, kimisə səhv çıxarmaq iddiasında, havasında, iqtidarında belə olmayasız. Müəyyən güclər var ki, həmin “sarı jiletlilər”i hardan hara istəsələr keçirəcəklər. Yəni, hüdudları özləri müəyyən edəcək.Bir daha deyirəm, bu, Avropanın başını özünə qatmaq üçün bir həmlədir, gedişdir. Düymə basılanda işləyəcək, basılmayanda dayanacaq. “Sarı jiletlilər” bir obrazdır. Dünya siyasəti üçün, konkret məqsədlər üçün çizilib, planlı formada da idarə olunur. Amma deyim sizə, burada bir bumeranq xarakteri də var. Ədalətli olmasan, ədalətli olmayacaqlar. Aksiom, yazılmamış qanundur bu! Demokratiyadan danışan hər kəs özü də demokrat olsun. Olmalıdır! Olmağa borcludur! Öz ölkəsində kiminsə qarışıqlıq yaratdığını iddia edənlər Vidadi İsgəndərli kimi binamusa, ləyaqətsizə, bütün dəyərləri satmış məxluqa da oturum verməməlidir, onun əlini-qolunu açmamalıdır, beləsini qanuna, hüquqa təslim etməlidir. Bax yalnız o halda bütün qara qüvvələrə qarşı təmiz qüvvələrin birliyi yaranacaq. Təbii, “sarı jiletlilər”in fəaliyəti təqdir olunan deyil, bütün dövlətlərə kənar təsirlər yolverilməzdir, heç bir dövlətin daxili işinə qarışmaq olmaz. Çünki Konvensiyalar var, Beynəlxalq Hüququn ana prinsipləri var. Amma bir daha təkrar edirəm: bu hamı üçün keçərlidir. Daha doğrusu keçərli olmalıdır! Prosesin isə hara qədər davam edəcəyi məlum deyil. Hələ ola bilər, arada jiletlərin rəngi də dəyişsin. Fəsilə uyğun formada. Dünya siyasətində baş verən heç bir proses artıq adamı şok eləmir. Məsənin ən qəribə, qəliz tərəfi budur”.

sia.az.

Digər xəbərlər