Siyasət

  • 4 909

"Mehman Hüseynov qanunun tələblərini pozub" ÖZƏL-ŞƏRH

image

“Son günlər anti-Azərbaycançı mərkəzlər yenidən Azərbaycanda süni gündəm yaratmağa və bu məqsədlə Mehman Hüseynov adlı barəsində məhkəmə hökmü olan birisini bu süni gündəmə alət etməyə çalışırlar. Əslində isə bu hay-küyün M.Hüseynovla heç bir əlaqəsi yoxdur”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.Deputatın sözlərinə görə, Mehman Hüseynov Azərbaycan vətəndaşı olaraq qanunun tələblərini pozub və hakimiyyətin üç müstəqil qolundan biri olan məhkəmə hakimiyyətinin qərarı ilə məsuliyyətə cəlb edilib: “İndi isə onu bu vəziyyətə düşməyə təhrik edənlər yenidən bir daha onu növbəti qanun pozutusuna cəlb etməklə vəziyyətindən sui-istifadə edirlər. Bunlar yolverilməzdir və heç bir beynəlxalq istismarçı şəbəkənin bunu etməyə haqqı yoxdur. Təəssüf ki, bəzən Mehman kimi qurbanları öz toruna salmağı bacaran antiazərbaycançı şəbəkələr belə gəncləri axıra qədər istismar etməklə onları öz milli maraqlarına qarşı qoyur. Hazırda baş verənlər də növbəti belə oyunun bir həlqəsidir.Azərbaycana qarşı cəbhə açan belə şəbəkələri nə Mehmanın taleyi, nə də Azərbaycanın mənafeyi maraqlandırır. Tam əksinə onlar hüquq və demokratiya müdafiəçiləri kimi görünməklə əslində Azərbaycana qarşı düşmənçilik edir, onun beynəlxalq nüfuzuna kölgə salmağa çalışır, ölkəmizin dünya ictimai rəyində antidemokratik obrazını yaratmağa cəd edirlər. Nəticədə belə mərkəzlər üçün elə Mehman Hüseynov da bir azərbaycanlıdır və onun həbs edilməsi də elə həmin mərkəzlər üçün bir qənimətdir. Çünki hazırki mürəkkəb beynəlxalq şəraitdə söhbət xalqların qlobal müstəvidə mübarizəsindən gedir. Bu mübarizənin qalibləri öz təhlükəsizliklərini təmin edib yaşayacaq məğlubları isə milli dövlətçiliklərini itirəcəklər. Ona görə də Azərbaycanın əldə etdiyi heç bir uğur imperialist mərkəzlər tərəfindən həzm edilmir. Onlar güclü, təhlükəsiz, özünü müdafiə etməyi bacaran, Lələtəpə, Günnüt əməliyyatları keçirməyə qadir olan, qlobal meqalayihələri həyata keçirən və nəhayət bir gün öz ərazi bütövlüyünü təmin edə biləcək Azərbaycanı istəmirlər. Məsələnin qısa mahiyyəti bundan ibarətdir. Ona görə də vaxtaşırı biz bu tipli manipuliyasiyalarla üzləşirik. Ancaq məsələ ondadır ki, artıq antiazərbaycançı mərkəzlərin belə ssenarilərinə qarşı Azərbaycanda ictimai immunitet yaranıb və bənzər metodlarla ölkəmizə təzyiq etmək mümkün deyil”.

sia.az

Digər xəbərlər