Siyasət

  • 3 167

"Karaqanda hadisələrində Ermənistanın birbaşa əli var" AÇIQLAMA-ÖZƏL

image

“Hesab edirəm ki, yeni il gecəsi Qazaxıstanın Karaqanda şəhərində bir qrup erməninin yerli sakini qətlə yetirməsi hadisəsi də onların geniş miqyaslı planlarının yeni mərhələsidir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.Bundan öncə də Qazaxıstanda bu kimi hadisələrin baş verdiyini deyən politoloq söyləyib ki, hər zaman ölkə rəhbərliyi bu kimi məsələlərin normal səviyyəyə qayıtmasına çalışırdı ki, bununla da münaqişə yatırılırdı: “Lakin budəfəki münaqişə alovlanır. Qazaxıstan və Ermənistan XİN, polis rəhbərləri arasında bu istiqamətdə ciddi şəkildə danışıqlar aparılır”.F.Sadıqov bu məsələdə xarici təzyiqlərin olduğunu istisna etmir: "Qazaxıstanda baş verən hadisələrdə Ermənistanın əli ola bilər. Əgər baş verən hadisə ilə bağlı zamanında ölçü götürülməsə, o zaman Qazaxıstanda Ermənistana qarşı yeni münaqişə alovlana bilər”.Politoloq qeyd edib ki, ümumiyyətlə, ermənilər yaşadıqları ölkələrdə aparıcı rol oynamaq istəyən millətdir: “Vaxtaşırı olaraq ermənilərin yaşadıqları ölkələrdə yerli sakinlərə qarşı kobud hərəkəti, qətl törətməsi faktlarına rast gəlirik”.

sia.az

Digər xəbərlər