Siyasət

  • 3 583

"Karaqanda hadisələrini 1988-ci ildə Sumqayıtda müşahidə etmişik" ŞƏRH-ÖZƏL

image

“Qazaxıstan hadisələri getdikcə dərin siyasi çalar almağa başlayır. Doğrudur, hadisənin səbəbinin ilkin versiyası kimi ermənilərdən ibarət mütəşəkkil cinayətkar dəstənin törətdiyi cinayət dayanır. Bu bir faktdır ki, ermənilər xalq olaraq kriminala meyllidir, sivilizasiyadan uzaqdır və tarix boyu dövlətçiliklərinin olmaması, başqa xalqların əsarətində yaşamaları onlarda natamamlıq kompleksi formalaşdırıb və bu cür xalqlar daima qəddar, qisasçıl, cinayətə meylli olur, anlaşmazlıqları bir qayda olaraq qeyri-sivil üsullarla çözməyə çalışırlar. Biz ayrı-ayrı ölkələrdə icma şəklində yaşayan ermənilərdə bu xüsusiyyətdən irəli gələn davranışları indi də görürük”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.O bildirib ki, ermənilər həm keçmiş SSRİ-də və indiki MDB ərazisində, həm də Avropada və ABŞ-da kriminal statistikada daima ilk yerlərdə olublar: “Sovet dövründə belə gizli “kölgə iqtisadiyyatı”, sabotaj, qadağan olunmuş brilyant alveri ilə məşğul olublar. SSRİ-də ilk terroru da məhz ermənilər törədiblər. Karaqanda hadisələrində də bizə çox tanış olan erməni dəsti-xətti görünür: əvvəlcə öz millətindən olan bir neçə şəxsi məqsədli şəkildə cinayətə alət etmək, yerli əhalidən olan şəxsləri öldürmək, millətlərarası münaqişəni qızışdırmaq, sonra isə həmin xalq ayağa qalxıb qatil ermənilərə ədalətli mühakimə tələb edəndə, ara qızışdıran ermənilərin onların torpağından çıxıb getməsini istəyəndə buna milli ədavət, ermənilərin sıxışdırılması, təqiblərə məruz qalması donu geyindirmək. Biz bunu 1965-ci ildə Qarabağda, 1988-ci ildə Sumqayıtda, indi isə Qazaxıstanda müşahidə etmişik”.Politoloq söyləyib ki, Qazaxıstanda erməni icmasından istifadə etməklə aranı qarışdırmaq versiyası da istisna edilməməlidir: “Belə ki, Qazaxıstan bir türk dövlətidir, bizim Xəzər qonşumuzdur. Qazaxıstanın Azərbaycan və Türkiyə ilə çox yaxşı münasibətləri var. Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycan prezidenti ilə çox yaxşı səmimi münasibətlər saxlayır. Üstəlik, Qazaxıstan son dövrdə Ermənistana qarşı aşkar mövqeyi ilə seçilir. Bu, xüsusən şəxsən Paşinyana qarşı mövqedə, eləcə də Ermənistan namizədinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) Qazaxıstan və Belarus tərəfindən rədd olunmasında özünü büruzə verdi”.Ermənistan prezidentinin Nazarbayevin qızı və siyasi varisi hesab olunan Dariqa ilə çox yaxın əlaqələrinin mövcud olduğunu deyən N. Məmmədova xatırladıb ki, 2013-cü ildə Armen Sarkisyanın şəxsi dəvəti ilə Ermənistana gələn ingilis şahzadəsi Carlzın səfəri zamanı Dariqa da İrəvanda idi: “Məhz Armen Sarkisyanın tövsiyəsinə əsasən, Dariqa hazırda Qazaxıstanın bütün telekanallarını özündə birləşdirən media holdinq yaradıb. Ermənistanın yeni prezidenti həmin holdinqdə 5 faiz səhmlərə sahibdir. Sarkisyan habelə Dariqanın 2002-ci ildən hər il Astanada keçirdiyi və təşkilat komitəsinə sədrlik etdiyi Avrasiya Media forumunun əsasını qoyan şəxsdir. Qurbanqulu Berdiməhəmmədovla da yaxşı münasibətləri olan Sarkisyan hələ biznesmen olan vaxtı onunla Aşqabad dəniz limanının inşası, sement zavodlarının tikilməsi, mədənçıxarma və kommunikasiya tenderlərində iştirak barədə razılığa gəliblər.Bu amillərdən çıxış edərək o nəticəyə gəlmək olar ki, ermənilər Qazaxıstanda iğtişaş yaratmaqla prezident Nazarbayevə qarşı təxribatla məşğul olur, sabitliyi pozmağa çalışır”.Politoloq əlavə edib ki, digər versiya Ermənistanda hakimiyyətə yiyələnmiş Nikol Paşinyanın qarşısında tək maneə olan prezident Armen Sarkisyana qarşı fəaliyyətə başlaması, onun MDB-dəki, o cümlədən Qazaxıstanda mövcud yaxşı münasibətləri olan şəxslərlə biznes əlaqələrini zəiflətmək üçün Ermənistan xüsusi xidmət orqanları tərəfindən həyata keçirilmiş planlı təxribat-pozuculuq işi ola bilər.

sia.az

Digər xəbərlər