Siyasət

  • 4 130

"Mehmanla görüşməklə qərəzli təşkilatların oyunlarını puça çıxarmış olduq" AÇIQLAMA-ÖZƏL

image

“Azərbaycanın müstəqil siyasət yürütməsi, inkişaf etməsi görünür bəzi dairələri narahat etməyə başlayıb. Buna əngəl olmaq istəyənlər ölkəmizə qarşı müxtəlif vasitələrdən, qarayaxma kampaniyalardan istifadə edərək sabitliyi pozmağa cəhd etməyə çalışırlar”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti, hüquq müdafiəçisi Rauf Zeyni deyib.O bildirib ki, bu gün dünyanın heç bir ölkəsində Azərbaycanda mövcud olan sabitliyi, inkişafı görmək mümkün deyil: “Son günlərdə Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən beynəlxalq təşkilatlar tərəfindən Mehman Hüseynovla bağlı aparılan kampaniyanın da məqsədi ölkədə sabitliyi pozmaq cəhdidir. Bildiyiniz kimi Fransa "sarı jiletli"lərlə bağlı qərar çıxardı. Lakin bunu başqa dövlət etsə idi Qərb, Avropa ölkələri "insan hüquqları" deyib bağıran təşkilatlar indi bunu qəbul etməz, etirazlarını bildirərdilər. Amma nədənsə etiraz edilmir".Ötən gün Mehman Hüseynovun Qızıl Xaç Komitəsi və Ombudsmana müraciəti əsasında bir neçə hüquq müdafiəçisinin Bakı İstintaq Təcridxanasında monitorinq keçirildiyini deyən R.Zeyni söyləyib ki, sözügedən şəxs sağlamlığı, saxlanma şəraiti ilə bağlı heç bir narazılıq etməyib: “Hüquq müdafiəçisi olaraq, Mehman Hüseynovla söhbət etdik və o bizimlə söhbətdə Bakı istintaq Təcridxanasında saxlanma şəraiti eləcə də sağlamlığı ilə bağlı heç bir problemin olmadığını bildirdi. Bütün bunlarla qərəzli təşkilatların oyunlarını puça çıxarmış olduq”.R.Zeyni qeyd edib ki, Azərbaycanı sevməyən beynəlxalq təşkilatlar artıq illərdir ki, müxtəlif zamanlarda ölkəmizə qarşı belə kampaniyalar həyata keçirilər: “Onların söylədikləri Azərbaycanın inkişafına mane ola bilməyib, bilməyəcək də. Əgər onların gücü çatırsa, gedib işğalçı ilə mübarizə aparsınlar, terrorun qarşısını alsınlar. Dağlıq Qarabağ münaqişəsi artıq 30 ilə yaxındır ki, davam edir. Beynəlxalq təşkilatlar Dağlıq Qarabağla bağlı qəbul etdikləri sənədləri yerinə yetirmirlər. Danışmaq əvəzinə onları icra etsinlər”.MQF prezidenti söyləyib ki, dünyada gedən proseslər diqqətdə saxlanmalı, təhlükələrə qarşı daim hazırlıqlı olmalıyıq: “Necə ki, Azərbaycan prezidenti İlham Əliyev milli, bəşəri, mütərəqqi siyasət aparmaqla yanaşı, diplomat olaraq dünyanın nəbzini və atıla biləcək addımları öncədən yaxşı bilir”.

sia.az

Digər xəbərlər