Siyasət

  • 3 051

"Səs" hər zaman öz dəstxətti ilə fərqlənmiş qəzetlərdən biridir" SƏS-28 - ÖZƏL-TƏBRİK

image

Müstəqil Azərbaycan mətbuatının inkişafı tarixində özünəməxsus rolu olmuş "Səs" qəzetinin ilk sayının çapdan çıxmasından 28 il ötür. 1991-ci il yanvarın 11-də ilk sayı çapdan çıxan "Səs" hər zaman öz xüsusi mövqeyi, işi və dəst-xəttilə fərqlənmiş qəzetlərdən biridir". Bunu SİA-ya Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin Baş redaktoru Hikmət Babaoğlu "Səs" qəzetinin 28 illik yubileyi münasibətilə təbriklərini bildirərkən deyib.Baş redaktor deyib ki, fəaliyyətə başladığı dövrün gərgin ictimai-siyasi şərtlərinə, üzləşdiyi çətinliklərə baxmayaraq, "Səs" qəzeti ölkəmizdə baş verən mürəkkəb kataklizmlər dövründə ictimai rəyin düzgün əsaslarda formalaşmasına, Azərbaycan xalqının, dövlətçiliyinin maraqlarına və Ulu öndər Heydər Əliyevin ideyalarının pərvəriş tapmasına xidmət edən bir mövqe tutub. Mətbuatımızın ən çətin vaxtlarında, demək olar ki, gündəlik mətbuatın olmadığı bir zamanda Azərbaycanın geniş oxucu kütləsinin çox maraqla, həvəslə növbəti nömrəsinin nəşrini gözlədiyi qəzetlərdən biri də məhz "Səs" qəzeti olub."Səs" Azərbaycanda siyasi mədəniyyətin formalaşmasında, ictimai münasibətlərdə obyektivliyin və şəffaflığın ortaya qoyulmasında xüsusi xidməti olan bir qəzetdir.Bu qəzet heç zaman təkcə cəmiyyəti obyektiv, qərəzsiz informasiya ilə təmin etməklə öz funksiyası¬nı bitmiş hesab etməyib. O, eyni zamanda, konkret mövqe ortaya qoymaqla, cəmiyyətin siyasi təfəkkürünün düzgün əsaslarda formalaşmasına təsir göstərmiş qəzetlərdəndir. "Səs" qəzeti ölkəmizdə baş verən siyasi proseslərin, taleyüklü məsələlərin işıqlandırılmasında, ictimaiyyətə çatdırılmasında da yüksək operativlik nümayiş etdirərək bu mənada etibarlı xəbər mənbəyi olmağı bacarıb. Mövzu rəngarəngliyi, tariximizə, milli dəyərlərimizə göstərdiyi həssaslıq, dövlətçiliyimizin qorunmasında tutduğu düzgün mövqeyi və tarixi gerçəkliklərin işıqlandırılması istiqamətindəki fəaliyyəti də qəzetin daha çox maraq toplamasına səbəb olub.Milli mətbuatımızın inkişafında xüsusi yeri olan "Səs" qəzetinin milli jurnalist məktəbimizin formalaşmasında da xidmətləri danılmazdır. Bir zamanlar bu qəzetin redaksiyasında çalışan bir çox həmkarlarımız bu gün müxtəlif sahələrdə və fərqli ünvanlarda fəaliyyət göstərsələr də, "Səs" qəzetinin "mətbəx"ində qazandıqları təcrübə ilə özlərini doğrultmağa davam edirlər. Çox şadam ki, bir jurnalist kimi püxtələşdiyim dövrün böyük bir hissəsi məhz mə¬nə doğma olan "Səs" qəzeti ilə bağlıdır."Səs" qəzetinin ilk sayının çapdan çıxmasının 28-ci ildönümü münasibətilə qəzetin Baş redaktoru, hörmətli ziyalımız Bəhruz Quliyevi və qəzetin kollektivini təbrik edir, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıram".

sia.az

Digər xəbərlər