Siyasət

  • 3 660

Müşfiq Ələsgərli: "Səs" qəzeti daim bu mübarizənin önündə olub" MÖVQE-ÖZƏL

image

“Səs” qəzetinin yaranması ölkəmizin müstəqilliyinin qazanılması uğrunda aparılan mübarizə illərinə təsadüf edir. Bu qəzet daim bu mübarizənin önündə olub, kollektivi ilə birlikdə müstəqilliyin həm qazanılmasında, həm də möhkəmləndirilməsində yaxından iştirak edib, şərəfli bir yol keçib”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib.“Səs” qəzetinin Azərbaycanda demokratik, plüralist cəmiyyətin qurulmasına böyük töhfələr verdiyini deyən M. Ələsgərli söyləyib ki, bu gün qəzet böyüyərək SƏS Media Qrupa çevrilib: "Qəzetdə daxil olmaqla media qrupu yenə də eyni yol və eyni xətdədir".Mətbuat Şurasının sədr müavini vurğulayıb ki, “SƏS” qəzeti azsaylı KİV-lərdəndir ki, yaranışından bu günə qədər fasiləsiz fəaliyyətini təmin edib: “28 il müddətində qəzet həm özü peşəkarlığını artırıb, həm də ölkəyə onlarla peşəkar media çalışanı bəxş edib. Söylədiyimiz kimi hazırda qəzetdə daxil olmaqla SƏS Media Qrupu formalaşıb ki, bu qrup məktəbə çevrilməyi bacarmış uğurlu layihələrdən biridir”.M.Ələsgərli qeyd edib ki, texnoloji baxımdan daim inkişaf edən bu media qrupu ölkədə ilk internet televiziyalarının qurucularından biri kimi də yaddaşlarda qalıb: “Bu gün ölkənin informasiya məkanının obyektiv, qərəzsiz və operativ informasiya təminatında mühüm rol oynayır. “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev başda olmaqla, bütün qəzet əməkdaşlarını və eləcə də media qrupda fəaliyyət göstərən həmkarları təbrik edir, müstəqil, güclü, demokratik, plüralist Azərbaycan uğrunda mübarizədə, obyektiv, qərəzsiz informasiya təminatında yeni nailiyyətlər arzulayıram”.

sia.az

Digər xəbərlər