Siyasət

  • 6 206

“Səs” media sistemində varisliyi qoruyan mətbuat orqanlarından biridir" SƏS-28 - ÖZƏL-TƏBRİK

image

“Mən “Səs” qəzetinin kollektivini səmimi qəlbdən təbrik edirəm. “Səs” qəzetinin əsası Ümummilli Lider Heydər Əliyevin tövsiyyəsi ilə qoyulub. “Səs” “Əlincə“ Xeyriyyə Cəmiyyətinin təsis etdiyi bir qəzetdir”. Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Səs" qəzetinin 28 illik yubileyi münasibətilə təbriklərini bildirərkən deyib.Komitə sədrinin sözlərinə görə, bu qəzetin təsis olunmasında Ulu Öndərin və “Əlincə“ Xeyriyyə Cəmiyyətində çalışanların böyük əməyi vardır: “Ulu Öndərin siyasətinin və o dövrdəki çıxışlarının yayılmasında “Səs” qəzeti müstəsna rol oynayıb. “Səs” qəzetinin ilk Baş redaktoru bizim dostumuz Ağabəy Əsgərov olub. Mən onu təbrik edirəm. Eyni zamanda qəzetin ilk yaradıcılarından, orada çalışan biri, “Əlincə“ Xeyriyyə Cəmiyyətinin məsul katibi və bu qəzetin çıxmasına məsul bir şəxs olan Milli Məclisin Komitə sədri, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Siyavuş Novruzovu təbrik edirəm. Həmçinin bu gün “Səs” qəzetini çox uğurla idarə edən dostumuz Bəhruz Quliyevi təbrik edirəm. 1990-cı illərin “Səs” qəzetinin 4, daha sonralar isə 16 səhifədə nəşr olunan vaxtları olub. Qəzet müxtəlif variantlarda çap olunub.Bu gün artıq qəzet böyük bir Media Holdinqə çevrilib. Artıq qəzetin bazasında onun “Səs” İnformasiya Agentliyi (SİA), “Səs” İnternet televiziyası var. Sizin milyonlarla həm ölkə daxilində, həm də xaricdə izləyiciləriniz var. Bir sözlə böyük bir kollektiv vardır. Hətta bu kollektivin veteranları var. Onlara misal olaraq Rəfiqə xanım Hüseynovanı, Valeh Məhərrəmovu, Zümrüd Bayramovanı və s. qeyd edə bilərəm. Eləcə də gənc jurnalistlər bu gün işinin öhdəsindən layiqincə gəlir. Hətta deyərdim ki, “Səs” qəzeti mətbuat, media sistemində varisliyi qoruyan mətbuat orqanlarından biridir. Ona görə də mən bir daha “Səs” qəzetinin kollektivini səmimi qəlbdən təbrik edirəm və onlara uğurlar arzulayıram. Prezidentimizin həyata keçirdiyi siyasətin təbliği, təşviqi və insanlara çatdırılmasında göstədiyiniz əməyə, şücaətə görə sizə böyük təşəkkür düşür. Hesab edirəm ki, siz bu yolda söz sahibi olan mətbuat orqanlarından birisiniz. Sizə yeni-yeni uğurlar arzulayıram”.

sia.az

Digər xəbərlər