Siyasət

  • 5 496

"Səs" qəzetində çalışmaq fədakarlıqdır - RƏYLƏR

image

"Səs" qəzetinin özünəməxsus yeri var

Sədaqət Vəliyeva, YAP Nizami rayon təşkilatının sədri, millət vəkili
- "Səs" qəzeti Azərbaycan mətbuatında yeganə qəzet idi ki, Ulu Öndər Heydər Əliyevlə bağlı ən son xəbərləri, hadisələri operativ və obyektiv şəkildə əks etdirirdi. 1994-cü ilin 19 noyabrında YAP-ın kofransında Ümummilli Liderimiz Heydər Əliyev belə söylədi: "Sən demə iki balaca otaqda da dövrün nəbzini tutan bütün problemlərə fədakarlıqla sinə gələn qəzet buraxmaq olarmış". O, bu sözləri böyük bir fəxrlə söylədi və bu sözlər "Səs"in və onun kollektivinin əməyinə verilən ən böyük qiymət idi. Bugünki müstəqil mətbuatda "Səs" qəzetinin özünəməxsus yeri var. Özünəməxsusluq həm qəzetin dizaynında, həm materiallarında və həm də 1992-ci ildə götürdüyü siyasi kursu uğurla davam etdirməsindədir. "Səs" qəzetində bu gün kifayət qədər təcrübəli, peşəkar jurnalist kollektivi toplaşıb. "Səs" qəzetinin Yeni Azərbaycan Partiyasının qurulmasında, onun banisi və lideri Heydər Əliyevin ideyalarının xalqa çatdırılmasında, təbliğində müstəsna xidmətləri olan bir qəzetdir. Ola bilər ki, bu gün dövlət qəzetləri bu funksiyanı aktiv həyata keçirirlər, bu onların məzmunundan irəli gəlir. Lakin heç bir qəzet bu funksiyanı götürməyəndə "Səs" qəzeti könüllü olaraq, bu yolu seçdi. Bu "Səs" qəzetinin tarixi missiyasıdır. Bunu tarixdən silmək olmaz. Bütün bunlar "Səs" qəzetinin təməl prinsipləridir.
"Səs" qəzetinin yaradıcı heyəti fədakar işlər görüblər
Mehriban Abasquliyeva, YAP Sabunçu rayon təşkilatının sədri

- Azərbaycan ictimai fikrinə öz səsini çatdırmağı bacaran "Səs" qəzeti bu gün nəşrə başlaçasının 28 ildönümünü böyük şərəflə qeyd etməkdədir. O cətin, ağır dövrdə yeni sözə, fikrə böyük ehtiyac olduğu zaman "Səs" qəzeti bu missiyanı uğurla ödəyə bildi. O dövrdə "Səs" qəzeti Azərbaycanın müstəqilliyi, söz azadlığı, mətbuat azadlığı və demokratiya uğrunda mübarizənin ön sırasında gedirdi. "Səs" qəzetinin yaradıcı heyəti fədakar işlər görüblər. Ümummilli Liderimiz Heydər Əliyev çıxışlarında, o cümlədən, Yeni Azərbaycan Partiyasının qurultaylarında "Səs" qəzetinin fəaliyyətini yüksək qiymətləndirib. Ulu Öndər Heydər Əliyevin "Səs" qəzeti haqda söylədiyi tarixi fikirlər heç zaman yaddan cıxmayacaq sözlərdir: "Səs" qəzeti mənim üçün çox əziz qəzetdir. 1991-ci ilin fevral ayında, Azərbaycanda kommunist hakimiyyəti dövründə mən Ali Sovetdə çıxış edəndən sonra mənim çıxışım,- xatirinizdədir, o vaxt mənim çıxışımı hörmətdən salmağa çalışdılar, onu dərc etmək də istəmirdilər, amma mənə lazım idi ki, o, dərc olunsun,- "Səs" qəzetində dərc edildi. Mən Naxçıvanda işləyərkən bizim bir neçə tədbirlərimiz barədə yazıları "Səs" qəzetində dərc edə bildik. Nəhayət, "Səs" qəzeti "91-lər"in müraciətini dərc edib, mənim cavabımı dərc edibdir. Ona görə də "Səs" qəzeti bizim partiyanın tarixində ən mötəbər yer qazanmış bir qəzetdir. Görürəm ki, son vaxtlar özünün xüsusiyyətlərini itirmədən modernləşir, yaxşılaşır. Arzu edirəm ki, daha da modernləşsin və yaxşılaşsın".
Söz yox ki, "Səs" qəzeti üzərinə düşən vəzifəni bundan sonrada şərəflə yerinə yetirəcək. Tarixi qəzet olduğunu ədalətli mövqeyi, haqqa əsaslanan məqalələri, xəbərləri, şərhləri ilə nümayiş etdirəcək.
"Səs" qəzeti Azərbaycanımızın yeni tarixinin canlı salnaməçisidir
Mehdi Balabəyov, YAP Şabran rayon təşkilatının sədri
"Səs" qəzeti haqlı olaraq, Azərbaycanımızın yeni tarixinin canlı salnaməçisi adlandırmaq olar. Vətənimiz üçün ağır dövrlər hesab olunan 90-cı illərin əvvəlindən işıq üzü görən "Səs" qəzeti indi də əzmlə öz işini davam etdirir. Bu 28 illik fəaliyyət həm peşəkarlıq, həm də uğur simvo-ludur. Respublikamızın həyatında baş verən bütün ictimai-siyasi hadisələ-ri işıqlandıran jurnalist kollektivi öz yüksək peşəkarlığı, həmsöhbətə sə-mimi marağı, ana dilinə çox həssa münasibəti, oxucu arasında hörmət və qarşılıqlı etibarlılıq atmosferi yaratmaq bacarığı ilə fərqlənir.Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursunun davamçısı möhtə-rəm cənab Prezident İlham Əliyevin Azərbaycanın inkişafı və çiçəklən-məsi, xalqın rifahının yüksəlməsi yolunda gördüyü möhtəşəm işlərin işıqlandırılması və əhaliyə çatdırılmasında Sizin qəzetiniz müstəsna rol oynayır.İnanırıq ki, "Səs" qəzeti bundan sonra da öz səhifələrində siyasi, iq-tisadi, mədəni və dijər məsələlərə dair məqalələrlə yanaşı Azərbaycan dövlətçiliyinin gələcəyi olan gənclərdə vətənpərvərlik hissinin daha da güclənməsinə təsir edən, həmçinin, milli-mənəvi dəyərlərimizin təbliğinə dair məqalələrə bundan sonra da yer ayırmaqla xalqımızın hərtərəfli maa-riflənməsində özünəməxsus xüsusi rol oynayacaqdır.
"Səs"in səsi həmişə dünyaya səs salsın
Nazim Ağayev, YAP Xaçmaz rayon təşkilatının sədri
- Dövlətə dövlətçiliyə şərəflə xidmət edən, ölkənin ən ağır, keçməkeşli günlərində Ulu Öndər Heydər Əliyevin ideyalarının xalqa çatdırılmasında təbliğatçı olan, Yeni Azərbaycan Partiyasının maraqlarından çıxış edən, Azərbaycanın haqq səsinin carçısı “ Səs qəzet”inin yaranmasının 28 ili tamam olur. Bu münasibətlə YAP Xaçmaz rayon təşkilatı adındən "Səs" qəzetinin kollektivini başda əzizimiz Baş redaktor Bəhruz müəllim olmaqla hər bir üzvünü təbrik edirik , Sizə can sağlığı şərəfli işlərinizdə uğurlar arzu edirik. Qoy "Səs"in səsi həmişə dünyaya səs salsın. Səsiniz arzularınızın ifadəsi, qələminizin dikdəsi olsun.

sia.az

Digər xəbərlər